Noyabrın 8-də bizi nə gözləyir? - Səbuhi Rəhimlidən şok AÇIQLAMA

24-10-2022, 19:22   


Noyabrın 8-də bizi nə gözləyir? - Səbuhi Rəhimlidən şok AÇIQLAMA


Daha öncə pandemiya, meşə yanğınları, savaş, kriptovalyuta proqnozları düz çıxan “The Econimist” jurnalı bu dəfə fəlakət anonsu verib.

Daha doğrusu, onların şifrəli mesajını deşifrə edəndə ortaya qorxunc planlar çıxır. Belə ki, onlar dünyanın rezonansından bəhs ediblər.

Bill Qeytsin də 8 noyabrda “dünyanın rezonansına müdaxilə etmək istəyirik” deməsi nüvə müharibəsinə işarə hesab olunur. Çünki 8 noyabr ezotrizmdə ayin tarixidir, həm də ay tutulması olacaq. 

Bu ayinlə insanlar qurban edilir. Keçən il eyni tarixdə Amerikada baş tutan konsertdə 8 nəfərin ölümünü də örnək gətirmək olar. Bundan başqa, 1957-ci il noyabrın 8-də Sakit okeanında “Boeing 377” qəzası və 44 ölü, 1983-cü ilin eyni günündə “Boeing 737” qəzası və 130 ölü kimi misallar da var. 

O ki qaldı Bill Qeytsin bu tarixdə dünya rezonansına müdaxilə etmək anonsuna, qərblilərin müşahidələrinə görə son 20 ildə günlərin (sutka) müddəti 8-10 saniyə azalıb. Yəni gün daha tez keçir. İslamda da günlərin su kimi axacağı barədə hədis var. Bunun təsdiqini görən dünya idarəçiləri isə narahat olmağa başlayıb və Lövhi-Məhfuzda yazılanları, Allahın ssenarisini dəyişməyə cəhd edirlər.

Digər maraqlı məqam rəqəmlərlə bağlıdır. Sözügedən jurnalın üzqabığında 6.78 rəqəmi də yer alıb. Şuman rezonansına (1952-54) görə isə dünyanın dönüşü 7.8-dir. Yəni 6.78 dönüşü Şuman rezonansını, 7.8-i pozar.
Dünya titrəyişinin pozulması isə canlı orqanizmlərin sonu deməkdir. Bu isə insanların aclıq və səfalətidir. Yəni Qeyts tayfası ilahi kosmik rezonansı pozmaq istəyir. 

Türkiyəli araşdırmaçı yazar Mustafa Kurnazın fikrincə, Fatihə surəsinin rezonansa müsbət təsiri ola bilər. Hətta canlı orqanizmi də həyata qaytarmaq mümkündür.

Dindən çox siyasi təhlillərə üstünlük verən mütəxəssislər isə ABŞ-ın Rusiyaya atom bombası atacağını düşünür. Çünki Hirosima və Naqasakini nüvə qurbanına çevirən Ağ Ev dünya nəzarətçisinə çevrilə bilmişdisə, hazırda onunla hesablaşmayan (Rusiya) və üstələmək istəyən (Çin) ölkələr var. Həm də Birləşmiş Ştatlar özünün beynəlxalq təhlükəsizliyinə təhdid yaranacağı halda bu silahdan istifadə edə bilər. 

Rusiya tərəfi isə dəfələrlə nüvə xəbərdarlıqları edib. Həm də Ukrayna məğlub olacağı təqdirdə Vaşinqton qlobal təhlükəsizliklə bağlı ikinci bəhanəni əldə etmiş olur. Sızdırılan bəzi informasiyalara görə, hədəfdə Rusiyanın iri, yaxud sənaye, hərbi istehsal gücü olan şəhərləri olacaq.

Noyabrın 8-nə cəmi 18 gün qaldığını nəzərə alsaq, öncədən verilən proqnozlar insanlarda narahatlıq yaradır. Hazırda dünyada baş verən siyasi-ictimai, yaxud da həmin tarixdə baş vermiş hadisələrin miqyası gələcək barədə düşünməyə imkan verir. 

Noyabrın 8-də bizi nə gözləyir?

Mövzu barədə Cebhe.info-ya danışan astroloq Səbuhi Rəhimli deyib ki, insanları qorxulu proqnozlara daha çox meyil edirlər:

“İstənilən günü götürəndə həmin tarixdə baş vermis müsbət və mənfi hadisələri toplayıb qeyd etmək olar. Bill Qeyts kimilər, hətta milyardlarla pul töküb, 2012-ci il üçün də dedilər ki, həmin vaxt dünya dağılacaq. Biz bütün bunları nə qədər təkzib eləsək də, sanki insanlar təlaş istəyir. Adi qaydada proqnoz verəndə bəyənmirlər, gərək yalandan da olsa qorxulu proqnozlar verəsən”.

Astroloq hesab edir ki, həmin tarixdə qeyri-adi heç bir hadisə baş verməyəcək:

“8 noyabrda Bakı vaxtilə 14:02-də Ay tutlacaq. Həmin gün qeyri-adi bir şeyin olacağı gözlənilmir. Yəqin Bill Qeyts də artıq elmi şouya qoşulub. Çünki ciddi hesab olunan bəziləri 2012-ci ildə 21 dekabrda dünyada doğrudan da fəlakət olacağını arqumentlərlə sübut eləməyə çalışdılar.

Bu proqnoz boşa çıxdıqdan sonra 2013-cü il 16 fevralda fəlakət olacağını dedilər. Həmin tarixdə də heç bir şey baş vermədikdə oktyabrda olacağı haqqında mülahizələr irəli sürdülər. Zavallı və maariflənməmiş, cahil kütlə də hər dəfə bu cür proqnozlara inanırlar. Bunların hamısını təkzib edirəm”.

O, 8 noyabrda Rusiya və Ukrayna müharibəsinin yeni dönəmin başlayacağını, nüvə silahlarından istifadənin də mümkünsüz olduğunu qeyd edib:

“Ola bilər ki, elm və texnologiya ilə bağlı nəsə yenilik olsun. Amma dünyanı sirkələyə biləcək, fərdlərə və insanlığa müsbət və ya mənfi dərəcədə toxunacaq heç nə yoxdur. Ola bilsin ki, həmin vaxt Putinin xəstəliyi baş qaldırar və nüvə silahından istifadə edər. Düzdür, bunu proqnozlaşdırmaq olmasa da, bu da inadırıcı deyil. Çünki dünyada nə qədər ki biz yaşayırıq, nüvə insanlara yalnız hansısa fəalkət, zavod partlayışı, qəza nəticəsində zərər vura bilər. Amma bilərəkdən, qəsdən silah formasında nüvədən istifadə olunmayacaq.

8 noyabr üçün deyilənlər yenə də diqqət çəkmək, yaxud insanları qorxuda saxlamaq məqsədi güdür. Çünki insanlar təlaş və qorxu işində olanda maddi düşüncələrdən uzaq olurlar. Bunlar siyasət dəllarlarıdır. Bill Qeyts yəqin ki, dünya ictimaiyyəti ilə zarafat edir. Bir müddət sonra deyiləcək ki, zarafat edir. Konkret  həmin tarixdə hər hansı qeyri-adi heç nə olmayacaq”.

Günay Şahmar
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.