Rusiyadan güc nümayişi: nüvə zərbəsi hara endiriləcək? - AÇIQLAMA

27-10-2022, 17:59   


254


Rusiya nüvə silahı təlimlərinə başlayıb.

Strateji qüvvələrin təlimi zamanı "Tula" sualtı nüvə qayığından "Sineva" ballistik raketinin buraxılışının növbəti videosu yayılıb.


Bəs, indiki vaxtda Rusiyanın bu təlimlərə başlaması hansı anlama gəlir? Nüvə silahı təhlükəsi böyüyürmü?






Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, prinsipcə belə addınlar hər bir ölkənin daxili işidir.


Onun sözlərinə görə, bu tip təlimlərdə müəyyən prosedur qaydaları mövcuddur:


"Belə təlimləri keçirəndə müəyyən beynəlxalq qurumlara xəbər verilir. Burada heç bir qanun pozuntusu yoxdur. Bəs niyə Rusiya nüvə təlimləri keçirir? Bir müddət əvvəl NATO nüvə silahları ilə bağlı komanda qərargah təlimləri keçirib. Düşünürəm ki, NATO-nun nüvə silahı ilə bağlı Avropada keçirilən təlimlərinə cavab olaraq Rusiya da təlimlər keçirir. Rusiya artıq bununla bağlı xəbərdarlığını edib. Rusiya rəhbərliyi, əgər təhlükə yaranarsa, məhz nüvə silahına əl atacağı haqda fikirini açıq-aydın deyib. Bu təlimlər nüvə silahı ilə bağlı gərginliyin hələ də davam etidiyini göstərir. Eyni zamanda bu, güc nümayişidir. Bununla da Rusiya göstərmək istəyir ki, o, nüvə silahı ilə bağlı xəbərdarlığında ciddidir".


Ş.Ramaldanov hesab edir ki, Rusiya Ukrayna ərazisində başda ABŞ olmaqla NATO ölkələrilə müharibə edir:


"Vəziyyət çox ciddi və gərgindir. Bu vəziyyətdə Rusiyanın güc nümayiş etdirməsi təhlükəlidir. Bundan sonra artıq müəyyən siyasi addımlara yönəlmiş niyyətlər ola bilər. Artıq ABŞ-da demokratlardan 29 nəfər ABŞ prezidentini məsələni siyasi yollarla həll etməyə çağırıb. Ona görə Rusiyanın nüvə təlimini növbəti xəbərdarlıq kimi qəbul etmək olar. Bəzi konqresmenler ABŞ mətbuatında belə bir fikir söyləyiblər ki, Ukrayna ABŞ-ın bir şəhərinə də dəyməz. Bu fonda Ukraynanı dəstəkləyən ölkələrin arasında artıq müəyyən bir parçalanma gedir. Fikir ayrılıqları gedən bir dövrdə siyasi vəziyyətin gərginliyi fonunda Rusiya bir daha öz gücünü nümayiş etdirir. Düşünürəm ki, bu siyasi proseslərin sürətlənməsinə təkan verəcək. Hazırda Rusiyanın məqsədi Ukraynada öz hədəflərinə çatmaqdır. Yəni, Rusiya maksimum olmasa da, minimum maraqlarını təmin etməyə çalışır".


Fərid
BakuPost
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar