Avstraliyanın cənub-qərbində, Hind Okeanının sahilində dünyanın ən ekstremal evi inşa ediləcək. "Modscape Concept" memarlıq bürosunun "Cliff House" adlandırdığı layihə sahildəki sıldırım qayada asma konstruksiyadır. Yüksəklikdə yerləşəcək asma ev 5-mərtəbəli olacaq. Minimalist dizayna malik ev sonradan otelə də çevrilə bilər. Otelin və ya evin hər otağından Hind Okeanına möhtəşəm mənzərə açılacaq. (milli.az)