Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bədəvi çadırından saraya, oradan da ölümə:Qəddafinin ailəsinin taleyi necə oldu?

20-11-2022, 18:22   


Bədəvi çadırından saraya, oradan da ölümə:Qəddafinin ailəsinin taleyi necə oldu? 


Liviya inqilabının lideri Müəmmər Qəddafi 1942-cı ildə Sirt şəhərində anadan olub. 

Məktəbdə oxuyarkən hökumət əleyhinə gizli təşkilatlarda iştirak edib və hərbi xidmətdə olduğu müddətdə sonuncu kralı tezliklə devirəcək zabit hərəkatının əsasını qoyub. 

Cebhe.info Qəddafinin məhv edilməsindən sonra onun ailəsinin taleyinin necə olması barədə yazını təqdim edir. 

Bədəvi çadırında yaşayan lider 

Qəddafi 1967-ci ildə 27 yaşında kapitan rütbəsi ilə dövlət başçısı olub və bundan sonra dərhal özünü polkovnik elan edib. O, bu statusda Liviyanı 2011-ci ilə qədər, yəni ümumi üsyan nəticəsində devrilənə qədər idarə edib. Qeyd edək ki, Müəmmər Qəddafi dünyada lider kimi ərəb dövlətlərinin birləşməsinin tərəfdarı kimi tanınıb. O, bütün dünyada İslam təşkilatlarını dəstəkləyirdi. Qəddafi ölkəsində sosializm quruculuğunu elan edib və neft hasilatından gələn pullarla sosial islahatlara başlayan lider olub. Onu diplomatik səfərlər zamanı olduğu kimi tanıyanlar yox idi, çünki yalnız onun əhatəsində geniş kütlə bilirdi ki, Qəddafi vətənində qəbul edilmiş bədəvi çadırında yaşayan  liderdir. 

Qəddafinin ailəsi 

Liviya Cəmahiriyyəsinin başçısı iki dəfə evlənib. İlk dəfə inqilabın qələbəsindən dərhal sonra keçmiş müəllimlə evlənən Qəddafinin bu evliliyi qısamüddətli olub, daha dəqiq desək, bu evlilik bir ildən az müddət çəkib. Düzdür, boşandıqdan sonra isə həmin qadından bir oğlu olub.  Müəmmər Qəddafi ikinci dəfə evlənərkən daha diqqətli olub və xoşuna gələn bir xanım tapıb. Həmin xanım mədəaltı vəzinin çıxarılması əməliyyatı üzrə tibb bacısı olub və dövlət başçısı bu xanımı çox bəyənib. Bu evlilikdən Qəddafinin yeddi övladı olub, onlardan dördü Liviya ordusunda yüksək rütbəli zabit olub. Əlavə etmək yerinə düşər ki, hətta yeganə qızı da general-leytenant rütbəsi alıb. 

Qəddafinin varisi 

Bayaq qeyd etdiyimiz ilk evliliyindən olan böyük oğlu Məhəmməd isə elmi işlərlə məşğul olmağı seçib və yüksək texnologiyalar sahəsində çalışıb. Atasının vəsiyyəti ilə o, mobil rabitə şirkətlərinin rəhbəri olub və ölkənin Olimpiya Komitəsinə rəhbərlik edib. Baxmayaraq ki, özü bunda maraqlı deyildi, amma Qəddafinin ən çox ehtimal olunan varisi hesab olunan oğlu məhz o idi. 

Qəddafinin sonu və ailəsinin taleyi 

Üsyançılar bir-birinin ardınca Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli və s. Liviya şəhərlərini ələ keçirmişdilər. Nəhayət oktyabrın 20-də üsyançılar Liviyanın son ümidi olan Sirt şəhərində Qəddafini öldürdülər. Onun ikinci evliliyindən olan böyük oğlu İsveçrə və Avstriyada təhsil alıb, bundan sonra liberal islahatların tərəfdarı olub. İngilis qəzeti onu “çirkli pul”ların yuyulmasında günahlandırıb, lakin işi uduzub və üzr istəməyə məcbur olub. Xeyriyyə təşkilatının rəhbərliyində o, ekstremistlər tərəfindən girov götürülənlərin azad edilməsi ilə məşğul olub. İnqilab zamanı o, atasının əvəzinə mediada siyasi suallara cavab verir, müqaviməti yatırmağa var gücü ilə çalışırdı. Buna görə üsyançılar onu sevmirdilər, bu səbəblərdən o tutuldu və bir neçə il həbsdə qaldı. Bəzi məlumatlara görə, o, uzun müddət həbsdə qalmalı idi, amma sonra onu həbsdən azad etdilər. Vurğulayaq ki, Qəddafinin ikinci həyat yoldaşı Səif Əl-İslam prezidentlik yarışında iştirak etməyə çalışsa da, sonda seçkilər ləğv edilib. Liderin üçüncü oğlu Sədi isə futbolla çox ciddi məşğul olub, milli komandada və İtaliyanın “Udineze” klubunda çıxış edib. Lakin üsyan zamanı o, xüsusi təyinatlılara komandanlıq etməli oldu, nəticədə ona olan universal futbolçu sevgisi itdi. Sonra o, Nigeriyaya qaçdı, ekstradisiya olundu, amma onu ciddi cəzalandırmadılar. Halbuki inqilabdan bir neçə il əvvəl spirtli içki içmək ittihamı ilə bir il həbs edilmişdi. Qəddafinin ikinci evlilikdən olan digər oğlu Mütəzzim Qəddafi isə Liviya əks-kəşfiyyatının zabiti olub və bu vəzifədə amerikalılarla danışıqlar aparıb, sonra üsyançılarla döyüşüb. Mühasirəyə alınmış şəhəri tərk etmək cəhdi zamanı o, əsir götürülüb və ədalətli inqilab məhkəməsi tərəfindən ən yüksək cəza tədbirinə məhkum edilib. 

Qəddafinin digər oğlu Saif əl-Ərəb övladları ilə birlikdə NATO-nun bombardmanlarına məruz qaldı və o, sağ qala bilmədi. Müəmmər Qəddafinin kiçik oğlu Xamis Rusiyada hərbi təhsil alıb, sonra atası kimi həyatını hərbi sahəyə həsr edib. O, xüsusilə atasına sadiq olan birləşmələrə başçılıq edib və üsyançılarla döyüşüb. Sonralar onun məhv edilməsilə bağlı azı üç dəfə məlumat yayıldı. Amma indi Xamisin sağ olduğu və ölkənin cənubunda haradasa döyüşdüyü haqda xəbərlər var. Qəddafinin yeganə qızı Aişə Qəddafi hərbi rütbəsinə baxmayaraq, diplomatik məsələlərlə məşğul idi və ən çox Səddam Hüseynin məhkəməsində müdafiəçilərdən biri kimi iştirak etməsi ilə məşhurlaşmışdı. İnqilabdan sonra o, qardaşlardan biri kimi xaricə qaçdı, oradan özünü atasının varisi və “Liviyanın anası” elan etdi. Hazırda onun harada olduğu məlum deyil. 

Qəddafi haqqında maraqlı faktlar 

Qəddafinin vaxtında Liviyada iri vergi və rüsumlar sadəсə qadağan idi. İşsizliyə görə müavinət ayda 730 $ olub, hər bir yeni doğulmuş körpəyə isə dövlət 7000 $ verirdi. Qəddafi BMT-də çıxış edərkən Qərb rəhbərlərinə xitabən belə demişdi: "Somali piratları pirat deyillər. Piratlar sizsiniz. Siz Somali sularında qanunsuz balıq ovu aparırsınız. Somali "piratları" isə öz uşaqları üçün ölkənin sərvətlərini qoruyurlar. Mən onlarla görüşmüşəm və söhbət etmişəm". Qəddafini öldürdükdən sonra Qərb etiraf edib ki, Qəddafi hərbi cinayətlər törətməyib. İnsan haqlarının qorunması üzrə Qərbin ən nüfuzlu təşkilatlarından olan “Amnesty International” bildirib ki, Müəmmər Qəddafinin əsgərləri dinc insanlara qarşı isgəncə və zorlamalarda iştirak etməyiblər. Təşkilatın rəsmi nümayəndəsi Donatella Rovera deyib: "Biz Qəddafi əsgərləri tərəfindən isgəncə və zorlama hallarına rastlaşmadıq. Biz nəinki işgəncə və zorlama qurbanlarına, heç bu "qurbanları" görmüş insanlara belə rastlaşmadıq". Qəddafinin ən yaxın mühafizəçilərindən biri Mənsur İdha isə Liviya rəhbərinin son anlarını "qiyamət"adlandırıb və "Əl-Cəzirə"kanalına müsahibəsində bildirib ki, yağış kimi yağan güllələr və havadan NATO hücumları "qiyamət"i xatırladırdı. İdha onu da vurğulayıb ki, Qəddafi doğulduğu Sırt şəhərində ölmək istəyirdi. O, arzusuna çatdı və Sırtda da gözlərini həmişəlik yumdu. 

Sevinc Tapdıqqızı
Cebhe. info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar