Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xərçəngdən necə xilas olmalı? - İsrail alimlərinin ARAŞDIRMASI

20-11-2022, 18:42   


Təl-Əviv Universitetinin tədqiqatçıları güman edir ki, çoxdan empirik yolla "hiss edilən" faktın izahını tapıblar. 

Bu fakt müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olmaqla xərçəng şişlərinin yaranma risklərinin azalması arasında əlaqənin olmasıdır.

Bu barədə "9-cu kanal" nəşri yazıb.

Fəal həyat tərzi keçirən insanların xərçənglə az xəstələnməsi barədə çoxdan bəllidir. Lakin alimlər indiyədək burada səbəb-nəticənin xarakterini izah etməkdə çətinlik çəkib.

İsrail tədqiqatçıları müəyyən edib ki, fiziki fəallıq "metabolizmi elə yenidən qurur ki", beləliklə müxtəlif orqanlar xərçəng şişlərinin də qidalandığı daha çox maddələri udur.

Bu, həm xərçəngin yaranmasının qarşısını alır, həm də daha çox xərçəng baş verdikdə metastazların meydana çıxmasına maneçiçlik törədir.

Alimlərin qeyd etdiyi kimi, fiziki məşğələlər zamanı orqanizmin hüceyrələri güclü surətdə karbohidratları parçalamağa başlayır və onlardan alınan qlükozanı udur. Bu, bir növ "metabolik qalxan" yaradaraq, xərçəng hüceyrələrini onlara lazım olan qida maddəsinin artımından məhrum edir.

Çoxlu sayda əvvəllər xərçənglə xəstələnməyən insanların məlumatlarını öyrənərkən, müəyyən edilib ki, 20 il ərzində müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olanlarda xərçəngə tutulmaq ehtimalı "mülayim aşağı" olub. 

Lakin bu zaman xərçəng xəstəliyi baş verən zaman belə adamlarda "yüksək metastatik xərçəng ehtimalının xeyli dərəcədə- "qeyri-idman" qrupuna nisbətən 73 faiz aşağı düşməsi müşahidə edilib.

Başqa sözlə desək, hətta xəstəlik baş veribsə belə, o, orqanizmdə yayılmayıb, çünki şişin "yeməyə heç nəyi olmayıb".

Bu tədqiqat 25-64 yaş arasında olan 2734 israillini əhatə edib. Onlardan son 20 ildə 243  nəfəri xərçəng xəstəlinə düçar olub. Təcrübədən keçənlərdən həm yüksək, həm də mülayim fiziki fəallıq barədə soruşulub.

Bu statistikanın elmi əsaslandırılması üçün alimlər siçovullar üzərində təcrübə aparıb. Onları güclü hərəkət etməyə vadar edib, sonra xərçəng törədiblər, bu zaman nadir hallarda metastatik formaya keçib.

Tədqiqatlar göstərib ki, bu, məhz ona görə baş verib ki, şiş orqanizmin digər hüceyrələrinin udduğu qlükozadan məhrum olub.

İnsanlar üzərində də təcrübə aparılıb. Alimlər "zahirən sağlam", 25-45 yaş arası qaçışla məşğul olan, siqaret çəkməyən, dərman qəbul etməyən, xroniki xəstəlikləri olmayan 14 nəfəri seçib. Onlara laborator sınaqdan öncə 12 saat ərzində qəhvədən istifadə etməmək, həmçinin üç saat ərzində yemək yeməmək və təcrübədən öncəki günlərdə fiziki fəallıqdan yan keçmək tapşırılıb.

Təcrübənin gedişində 14 iştirakçı yarım saat ərzində fərdi protokol üzrə motorlaşdırılmış ayaqaltıda maksimal sürətlə qaçış icra edib.

Bu müddət ərzində alimlər onların nəfəs aldığı havanı təhlil edib, ürək döyüntülərini ölçüb , sonra qan plazmasının analizini edib təcrübədən öncə götürülən plazma ilə müqayisə edib.

Analiz göstərib ki, intensiv məşqdən sonra qlükozanın orqanizm tərəfindən güclü mənimsənilməsini göstərən siqnal yolları aktivləşır, qlükozanın bədən hüceyrələri tərəfindən intensiv mənimsənilməsini göstərən digər əlamətlər də müşahidə edilib. O cümlədən karbohidratların parçalanmasının yüksək səviyyəsi müşahidə edilib.

Üstəlik, alimlər müəyyən edib ki, qadınlarda müntəzəm fiziki yüklər zamanı metabolik proses karbohidratların güclü mənimsənilməsi istiqamətində dəyişib.

Bu da alimləri belə bir hipotezə yönəldib ki, fiziki məşğələlər, sadəcə, birdəfəlik effekt göstərmir, həm də orqanizmin yenidən qurulması və şişlərin qarşısını alan müəyyən "mertabolik qalxan"ın meydana çıxmasına gətirib çıxarır./Moderator.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar