Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı zirvəsinə qatılmaq üçün Düşənbəyə reallaşdıracağı səfər öncəsi Moskva Şəhər Duması (yerli məclis) seçkiləri üçün erkən səsini verib.
Axar.az xəbər verir ki, Moskvanın Qaqarinski vilayətində səs verən Putin mətbuata verdiyi açıqlamada bunu səfər səbəbi ilə etdiyini bildirib:
“Xaricə rəsmi səfərim olduğu üçün səsimi erkən verirəm. Oradan nə zaman qayıdacağım bəlli deyil. Hər hansı bir problem yaşanmadan səs vermək hüququmdan istifadə edirəm”.
Xatırladaq ki, Rusiyada 14 sentyabrda yerli seçkilər keçiriləcək. Rusiyanın özünə birləşdirdiyi Krım və Sevastopol da daxil olmaqla, 50 milyon seçicinin yaşadığı ərazidə yerli parlament, bələdiyyə başçısı və köməkçiləri seçiləcək. Bununla da 3 bələdiyyə başçısı, 30 yerli idarəçi, 680 yerli məclis üzvü yenilənəcək.