Almaniyanın Münhen şəhərinə getdiyiniz zaman çılpaq biri ilə qarşılaşsanız təəccüblənməyin. Çünki Münhen şəhərinin altı bölgəsində nudizm (çılpaqlığı müdafiə edən mədəni və siyasi hərəkat) qanuniləşdirilib.
Qəbul edilən qərara əsasən Münhen və onun altı bölgəsində nudistlərin paltar geyinmədən küçədə gəzməsinə icazə verilib.
Almaniyada nudizmi legallaşdıran üçüncü şəhər olan Münhendə şəhərə gələn turistlər də artıq bu vəziyyətlə əlaqədar məlumatlandırılıblar.
Parklarda çılpaq gəzməyi və günəş vannası qəbul etmənin qadağan olması səbəbilə narazılıqlarını bildirən sakinlərin fikrinə hörmətlə yanaşan şəhər meriyası onlara şəhər içindəki parklarda , çay sahilində çılpaq gəzməyə , günəş vannası qəbul etməyi izn verib.
Çılpaq gəzmək istəyənlər üçün ayrılan xüsusi yerlərdə var ki, həmin yerdə dincələnlərin görünməməsi üçün heç bir çəpər və ya maneə düşünülməyib.
Xatırladaq ki, Almaniya dünyanın ilk çılpaqlar plajına icazə verən (1920) ölkədir. Almaniyada Naturalistlər Federasiyasının 50 000 üzvü və 150 şəhərdə dərnəyi var.