“MÜHARİBƏ 2024-cü İLƏ QƏDƏR UZANA BİLƏR” – “NATO Rusiyaya daxil olacaq”

1-12-2022, 12:49   



“Müharibənin 2024-cü ilə qədər uzanması ehtimallardan biridir. Həmin il ABŞ-da, Rusiyada və Ukraynada seçkilər gözlənilir və bu müharibədə qələbəni 2024-cü ilə, məhz seçki öncəsinə qədər uzatmaq hamıya sərf edir”.

“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.

Onun sözlərinə görə, artıq Rusiyanın dünyanın geosiyasi xəritəsində önəmli dövlət kimi qalması Avropa və Vatikandan başqa heç kimin marağında deyil: “Bəlkə də biz Rusiyanı o dərəcədə darmadağın edəcəyik ki, NATO Rusiyaya daxil olacaq və onun nüvə potensialını nəzarətə götürərək, MAQATE-nin ixtiyarına verəcək və məhv edəcək. Bundan sonra isə Rusiya adi dövlətə çevriləcək və geosiyasi proseslərə təsir göstərə bilməyəcək”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar