Alternativsizlik və qorxu mühiti

12-09-2014, 11:25   
Alternativsizlik və qorxu mühitiHakimiyyət bu məqsədinə yetişə bilməyəcək

AXCP sədri Əli Kərimli "Fajebook" səhifəsində ölkədəki son durumla fikirlərini paylaşıb. Hakimiyyətin repressiya maşınının ona yalnız ziyan gətirdiyini, bu siyasətin ölkə daxilində olduğu kimi, xaricdə də mənfi reaksiya doğurduğunu yazıb. Statusu təqdim edirik:

"Hökumətin həyata keçirdiyi repressiyaların arxasında həm də xalqımıza saymazlıq hissi dayanır. Özlərini inandırıblar ki, onlardan qorxmayan ijtimai-siyasi fəallar "bir ovuc" adamdır. 100-150 nəfər həbs edilən kimi, digərləri qorxajaq, qaçıb dağılajaq. Bundan sonra da bütövlükdə xalq onların qarşısında "farağat" komandasında dayanajaq. Amma xalqımız onları peşman etməkdədir.

İlin-günün bu vaxtında ölkənin xeyli tanınmış vəkili, hüquqşünası, iqtisadçı alimi, vətəndaş cəmiyyəti fəalı Milli Şuraya üzv olmaq üçün müraciət edib (yaxın günlərdə adlarını biləcəksiniz). O Milli Şuraya ki, hökumətin əsas hədəfidir, 9 nəfər üzvü siyasi məhbusdur. Hakimiyyət bütün vasitələrlə çalışır ki, üzvləri Milli Şuranı tərk etsinlər. Belə bir vəziyyətdə də öz sahəsində uğur qazanmış xeyli sayda ictimai-siyasi xadim Milli Şuranı seçir.

2006-ci ildən qərargahsızlığa və davamlı olaraq xeyli sayda üzvünün siyasi məhbus həyatı yaşamasına "alışmış" AXCP üçün isə ölkədə qeyri-adi bir şey baş vermir. AXCP üzvlərində repressiyalara qarşı immunitet artıq formalaşıb. Təşkilatımız intensiv şəkildə qurultayına hazırlaşır. Son 2 həftədə 20-yə yaxın rayonda partiyanın yerli məclislərinin iclası keçirilib, qurultaya hazırlıq məqsədilə konfransların təşkilat komitələri yaradılıb. Partiyamıza xüsusilə gənclər arasından yeni üzvlər gəlməkdə davam edir.

Son vaxtlar recim "Azərbaycan saatı"nın üstünə möhkəm gəlir. Bu proqramın Bakıda 2 aparıcısı var idi. Seymur Həzini həbs etdilər. Natiq Ədilovun qardaşını həbs edib, özünün də xaricə çıxışına qadağa qoydular. Çox güman ki, onun da həbsi planlaşdırılır. Lakin belə sərt addımlara baxmayaraq, hakmiyyətin "Azərbaycan saatı" ilə mübarizəsində də hesab xalqın xeyrinədir. Belə ki, "Azərbaycan saatı"nın Seymur bəyin həbsindən sonrakı buraxılışını tanınmış curnalistlər Xədijə İsmayıl və Təhminə Tağızadə aparmışdısa, sonuncu proqramı da tanınmış curnalistlər Şahvələd Çobanoğlu və Laçın Məmişov apardı. Repressiyaların nəticəsi olaraq "Azərbaycan saatı" artıq 4 nəfər cəsarətli və peşəkar aparıcı qazanıb. Proses isə hələ davam edir.

Rejimin hədəfində olan təşkilatlara arxa durmaqla xalqımız hakimiyyətə mesaj verir ki, qısır deyil, hələ çox cəsarətli, əqidəli, azadlıqlıqsevər övladlar yetişdirmək, onun həbslərlə boşaltdığı yerləri doldurmaq iqtidarındadır. Bir gün məcburən anlayacaqlar ki, repressiyalar rejimə ölkə daxilindən çoxlu lənət, xaricdən isə çoxlu qınaq qazandırır. Alternativsizlik və qorxu mühiti yaratmaq məqsədinə isə yetişmək olmur. Deməli, dayanmaq lazımdır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.