Tehran nə istəyir? - “Azərbaycan separatçılarla və İranla haqq-hesabı çürüdəcək”

7-12-2022, 13:20   


Tehran nə istəyir? - “Azərbaycan separatçılarla və İranla haqq-hesabı çürüdəcək”


14 İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitmədən daha bir iranlı dəstə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçib.

Bu dəfə isə 13 nəfərdən ibarət olan qrup Xankəndiyə qanunsuz yolla daxil olub. 

Yəni noyabrın 24-də 34-QA-444 nömrəli “Mersedes-Benz” avtomobil ilə Qarabağa keçmiş ilk qrupun gəlişindən cəmi 6 gün sonra – noyabrın 30-da buraya növbəti dəstə gətirilib. Üstəlik, hər iki dəstənin eyni avtomobil ilə gəldiyi də üzə çıxıb. Qarabağa göndərilən yeni dəstə üzvlərinin adları da artıq məlumdur: 

Goodarzi Najmedin Abedin, Goodarzi Bahman Zabihollah, Goodarzi Mohsen Reza, Banaei Mostafa Mohammad, Fadaeipordanjani Afrasaib Mahmoud, Vaeznezhadi Farshad Dolatali, Moradazar Mohsen Zarbali, Shafaghghat Aminjan Ramezan Eznolah, Boveirian Ghafour Bemouniagha, Vae Zadeh Fariborz Madad , Fatahi Shakib Majid Alibaba, Hakimzadeh Ghanbar Allahmora və Abdollahi Gholamreza Ali. 

Qeyd edək ki, qısa müddət ərzində İrandan göndərilən dəstələrin Xankəndinə daxil olması cəmiyyətimizdə sərt təpkilərə səbəb olur. Xüsusilə son zamanlar Azərbaycan və İran arasında yaşanan gərginlik fonunda bu addımın atılması diqqəti cəlb edir. 

Onların Qarabağa hansı məqsədlər üçün göndərildiyi isə məlum deyil. Lakin ilkin ehtimallara görə, onların İranın xüsusi təyinatlı qüvvələri olduğu və separatçılara təlim vermək üçün Xankəndinə gəldikləri düşünülür. Bu isə rəsmi Tehranın ermənipərəst mövqeyini və terrora dəstək verdiyini bir daha sübut edir. 

Ümumiyyətlə, 1 həftə ərzində Xankəndinə 27 nəfəri qanunsuz olaraq göndərən İranın məqsədi nədir? 

Bununla bağlı Cebhe.info-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, rəsmi Tehran meydanı qarışdırmaq istəyir: 

“Azərbaycanın Arazboyu keçirdiyi təlimlər deyəsən, onları bərk qorxuya salıb. Buna görə də vəziyyəti qızışdırmağa çalışırlar. Onlar bununla Azərbaycanı təxribata çəkmək istəyirlər. Bu təxribatdan isə həm daxildə müəyyən bir təbliğat vasitəsi kimi istifadə etmək, həm də bir növ Azərbaycanın gözünü qorxutmağa cəhd edirlər. Halbuki qardaş Türkiyə ilə Arazboyu keçidiyimiz hərbi təlimlər onlara yaxşı cavab idi və İran bundan nəticə çıxarmalıdır. Hesab edirəm ki, Azərbaycan yaxın vaxtlarda həm separatçılarla, həm də oraya keçən İran təxribatçıları ilə haqq-hesabı çürüdəcək”. 

Elmir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar