Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xatirə İslam: “Flora xanım atamı da söysə, cavab vermərəm”

26-04-2014, 12:13   
Xatirə İslam: “Flora xanım atamı da söysə, cavab vermərəm”
Xalq artisti Flora Kərimova verdiyi açıqlamada xanım ifaçılardan heç kimi bəyənmədiyinivə sənətkar olmadıqlarını bildirib.

Flora xanımın bu açıqlaması ilə bağlı xanım ifaçıların münasibətini öyrənib.

O bu sözü hamiya aid etməz

Xalq artisti Nazpəri Dostəliyeva buna inanmadığını bildirdi:

“Mən inanmıram ki, Flora xanım bu sözü bütün xanım ifaçılar haqqında desin. Əgər bu söz onun ağzından çıxmış olsa belə, yenə hamıya aid etməz. Ola bilər ki, əsəbi və emosional olub. Bu sözü şişirtməyə dəyməz”.

Mənim atamı da söysə, ona cavab verən deyiləm

Xatirə İslam dedi ki, Flora xanım onun üçün elə bir insandır, atasını da söysə, cavab verməz:

“Flora xanim elə adam deyil, yəqin əsəbi olub. Əslində, o bizim hamımızı çox istəyir. Ola bilər ki, onu kimsə əsəbiləşdirib, oda bu sözü əsəbi vaxtında deyib. Flora xanım mənim üçün elə bir insandır ki, atamı da söysə, mən ona cavab verən deyiləm. Başqa adam olsaydı, cavabını verərdim. Flora xanım olduğuna görə susuram”.

Onun sözlərində həqiqət də var

Roza Rəhimli bildirdi ki, onun sözlərində həqiqət də var:

“Flora xanım dahi bir insandır, doğurdanda əsl sənətkardır. Şövkəti, Floranı yetişdirən Azərbaycan yenə də sənətkar yetişdirəcək. Amma o, nə desə, mən ona söz deyə bilmərəm. Yəqin kimsə onu əsəbiləşdirib ki, o da belə deyib. Onun sözlərində həqiqət var”.

Biz ümumi müğənni deyilik

Müğənni Röya Ayxanın prodüseri Kənan Bayramovun sözlərinə görə, Röya “ümumi” müğənni deyil.

“Bizim adımız çəkilməyib deyə, heç nə deyə bilmərik. Biz ümumi müğənni deyilik. Nə vaxt adımız çəkilsə, cavabını verərik”.

Onun bizim yaşımız qədər təcrübəsi var

Mətanət Əsədova Flora xanımın onların yaşı qədər təcrübəsi olduğunu bildirdi:
“O, böyük sənətkardır, nə desə, eybi yoxdur. Onun bizim yaşımız qədər təcrübəsi var. Həyatı da, səhnəni də bizdən gözəl bilir. Bu sözləri ondan başqası desəydi, cavabını verərdim. Amma Flora xanıma söz deməyə haqqım çatmır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar