Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qərb İranı niyə “terrorçu dövlət” sayır?

20-12-2022, 13:05   


Artıq on illərdir ki, başda ABŞ olmaqla bir sıra Avropa ölkələri İranı “terrorçu dövlət”, “terrora dəstək verən, maliyyələşdirən rejim” elan ediblər.

İran rəsmiləri də öz növbəsində onları terrora dəstək verən ölkələr sayır və nümunə kimi öz ərazisində baş verən çoxqurbanlı terror aktlarını, nüvə fizikası üzrə işləyən, Buşəhrdə uranın zənginləşdirilməsi və nüvə texnologiyasının inkişafı layihələrində işləyən alimlərin həyatına sui-qəsdlərə istinad edir.

Bu xüsusda hərdən elə situasiya yaranır ki, kənar müşahidəçilər, neytral olmağa çalışan dövlətlər tərəflərin hər ikisinin doğru danışdığı qənaətinə gəlirlər. Yəni həm İranı terrorçu hesab edən dövlətlər haqlıdır, həm də onları terrorçu hesab edən İran.

Təəssüf ki, bu günümüzün reallığıdır: bir sıra dövlətlər öz qlobal və regional ambisiyalarını terror aktları vasitəsilə təmin etməyə çalışırlar.

n00731030-b.jpg (86 KB)

Söz yox, bu həmişə belə olub – lap qədimlərdən günümüzə qədər. İran isə bu kampaniyaya aktiv şəkildə islam inqilabından sonra qoşulub. İnqilab liderləri tezliklə bu qərara gəliblər ki, daxili və xarici düşmənlərin öhdəsindən gəlmək üçün onlara qarşı sərt və gizli şəkildə, öz üzərinə məsuliyyət götürmədən davranmaq lazımdır.

Bundan ötrü İranda məxfi xidmətlər, gizli briqadalar yaradılıb və onların sərəncamına döyüşkən kadrlar, lazımi silah, avadanlıq, cihazlar verilib, xarici ölkələrdə koordinatorlar müəyyənləşdirilib. Bütün bunları dövlət təşkil edib, bu “sektor”un fəaliyyəti birbaşa ali dövlət rəhbərlərinin nəzarətində və himayəsində olub.

Ancaq terror yolu ilə mübarizə elə bir qalmaqallı məsələdir ki, onu uzun müddət gizli saxlamaq, ört-basdır etmək mümkün deyil. Mütləq qüdrətli xarici kəşfiyyat strukturları terror təşkilatlarını, onların arxasında duranları, təşkilatın əsas rəhbərlərini, “killerlər”ini, koordinatorlarını, plan və niyyətlərini gün işığına çıxarırlar.

08_Joseph-Daher-Hizbullah.jpg (227 KB)

İrana məxsus terror təşkilatları da çoxdan ifşa olunublar və beynəlxalq təşkilatlarla yanaşı, bir sıra böyük dövlətlərin qara siyahısına salınıblar.

İranda fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusu belə təşkilatlardan biridir. Fəqət bu, “məxfi briqadalar”dan fərqli olaraq, rəsmi dövlət qurumudur, leqaldır, dövlət büdcəsindən maliyyələşir. İİKK-i “terrorçu təşkilatlar”ın siyahısına ABŞ salıb. 2020-ci ilin aprelində ABŞ prezidenti Donald Tramp çıxışlarının birində İİKK haqqında danışaraq deyib ki, Dövlət Departamentinin bu presedentsiz tədbiri İranın təkcə terrorzmin sponsoru olması anlamına gəlmir, eyni zamanda onu göstərir ki, İİKK terrorizmin dəstəklənməsində və maliyyələşdirilməsində İran dövlətinin rıçağı, əsas aləti kimi aktiv iştirak edir, qlobal terrorçuluq kampaniyası aparır.

hemas_6.jpg (93 KB)

Həmin ilin aprel ayının 15-də İİKK ABŞ Dövlət Departamenti tərəfindən “xarici terror təşkilatları” siyahısına salınıb. Həmin siyahıda 67 terror təşkilatı, o cümlədən İrana yaxın olan “Hizbulla”, “Həmas”, “Fələsin islami cihad”, “Kataib Hizbulla” və s. qurumlar var.

İİKK-in o biri təşkilatlardan fərqi odur ki, onun xarici dövlətin hökumətinin tərkib hissəsi kimi tanıyırlar və bu, özlüyündə bir ilkdir.

İİKK 1979-cu ildə yaradılıb, İran ali dini liderinin birbaşa rəhbərliyi altında fəaliyyət göstərməyə başlayıb. Onun tərkibinə daxil olan “Qüds qüvvələri”nin xarici ölkələrdə destablizasiya və qlobal terror kampaniyası apardığı iddia olunur.

Снимок_1531817820.png (833 KB)

Son illərdə həmin təşkilatın Almaniya, Bosniya, Bolqarıstan, Keniya, Bəhreyn, Səudiyyə Ərəbistanı və Türkiyədə törətdiyi terror aktılarının üstü açılıb və ya bu cəhdlərin qarşısı alınıb.

2011-ci ildə İİKK-in Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin həyatına sui-qəsd planlaşdırılması aydın olub və cəhd önlənib.

Bu ölkəni izləyən beynəlxalq müşahidəçilərin, eləcə də qlobal kəşfiyyat qurumlarının qənaətinə görə, hələ islam inqilabının ilk illərində həm İİKK, həm də İrana bağlı başqa məxfi strukturlar devrilmiş şahın komandasının üzvlərini başqa ölkələrdə təqib ediblər və bir çoxunu öldürüblər. Bunların içində ən qalmaqallısı Pəhləvi hökumətinin sonuncu baş naziri Şapur Bəxtiyarın 1981-ci ildə Fransada üç cəhddən sonra qətlə yetirilməsidir. Onun haqqında dövlət rəhbərliyi tərəfindən qiyabi ölüm hökmü çıxarılıb və adamı öldürüblər.

554.JPG (32 KB)

Bundan başqa, İİKK Xomeynidən İranın ilk prezidenti Əbülhəsən Bənisədri öldürmək barədə əmr alsa da, bir neçə gün öncə impiçment iddiası ilə vəzifəsindən götürülmüş eks-prezidentin ehtiyatlı tərpənərək ölkədən qaçması üzündən terror aktı baş tutmayıb və o, ömrünün axırına kimi Fransada ciddi mühafizə altında yaşayıb.

Daha sonra şah ailəsinin üzvü sayılan şəxslər qətlə yetirilib.

1979-cu ildə ABŞ-ın İrandakı səfirlyinin 400 gündən artıq girovluqda saxlanması bu dövlətin terror aktını mübarizə vasitəsinə çevirməsinin göstəricisi sayılır.

1989-cu ildə yazışı Salman Rüşdinin barəsində qiyabi edam hökmü verilməsi və başına pul kəsilməsi, nəhayət, bu ilin ortalarında onun həyatına sui-qəsd edilməsi İranın “terrorçu dövlət” reputasiyasına yeni ştrixlər əlavə edib.

00.png (150 KB)

ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən 48 səhifəlik hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün 16 milyard dollar vəsait xərcləyir. Həmin hesabatda xərclərin bir hissəsinin bölgüsü belə göstərilir:

-Livanda “Hizbullah” üçün illik ödənilən məbləğ 700 milyon dollar ;

-Suriyada Əsəd rejiminə ödənilən məbləğ 4,7 milyard dollar ;

-Yəməndə husulərə ödənilən məbləğ ildə 100 milyon dollar ;

-İraqda “Şiə keşikçiləri” adlı təşkilata ödənilən məbləğ 100 milyon dollar və sair.
Özü də bu qədər iri məçləğli vəsait İranın iqtisadi böhranla üzləşdiyi, dövlət büdcəsinin ciddi sıxıntılara məruz qaldığı bir vaxtda israf olunur. Bu qədər bötük kapital qoyuluşundan İran dövləti nə qazanır, onu yalnız rejim sahibləri bilər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar