Hindlilərdən qandonduran hərəkətlər- FOTO

12-09-2014, 16:05   
Hindlilərdən qandonduran hərəkətlərDindar hindlilərin daha bir festivalı ekstrimi sevən insanların diqqətini cəlb edə bilər. Bu festivalda insanlar öz bədənlərini ağırlığı 60 funta kimi olan dəmir sim və oxlarla deşirlər. İlk baxışda bu festival rəngarənlıyı ilə bərabər çalınan barabanların sədası altında dəhşətli də görünə bilər. Azadlıq.info-nun Daily Mail-ə istinadın verdiyi xəbərə görə bu festivalda iştirak edən induslar bədənlərinin hər cür ağrıya tab gətirdiklərini və müharibə allahı Muruqanaya nə dərəcəədə bağlı oldularını nümayiş etdirirlər.
Onlar dəmir oxlar və simlərlə bədənlərini və üzlərini deşərək demək olar ki, bir rəsm əsəri yaradırlar. Kim bədəninə və üz nahiyəsinə daha çox ox keçirərsə o iştirakçı daha çox alqışlanır.
Başlarında isə süd dolu dolçalarla öz allahları qarşısında Kavadi rəqsini edirlər. Turistlərin diqqətini cəlb edən bu festival tək Hindistanda deyil cənub şərqi Asiya ölkələrində də keçirilir.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.