Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“OMİKRON”un MÜƏMMALI SUBVARİANTI YAYILMAĞA BAŞLADI - Nə qədər təhlükəlidir?

24-12-2022, 14:23   



Azərbaycanda COVİD-19-a yoluxma halı uzun zamandan sonra yenidən 3-rəqəmli göstəriciyə keçib. Bəs 4-rəqəmli yoluxma necə, mümkünmü? Təzədən peyvəndləməyə ehtiyac yarana bilərmi?

Bu arada Hindistanda koronavirusun “Omikron” ştamının təhlükəli subvariantına yoluxma ilə bağlı ən azı 4 fakt aşkar edilib. Bu barədə Hindistanın NDTV agentliyi məlumat yayıb. Qeyd olunub ki, Çində epidemiyanın yeni dalğasına səbəb olan bu subvariant Hindistanın Qucarat ştatının qərbində və Odişa ştatının şərqində qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyi bütün vətəndaşlara insanların sıx olduğu yerlərdə maska ??taxmağı tövsiyə edib və vəziyyəti hər həftə yoxlayacağını bildirib.

Yeni subvariant “Omikron”un özündən nə dərəcədə təhlükəli ola bilər? Bu nə ştammdır belə?

Xatırladaq ki, COVİD-19-un ən təhlükəli ştammı olan “Delta” 2021-ci ildə ilk dəfə məhz Hindistanda qeydə alınmış, daha sonra isə dünyaya yayılmışdı. Narahatlıq üçün əsas varmı? Xüsusən də xroniki xəstələr nə etməlidir? Təkrar peyvəndə zərurət varmı?

Qeyd etmək yerinə düşər ki, koronavirusun “Omikron” variantının 2021-ci ilin sonlarında yaranmasından bəri sürətlə bir neçə alt varianta çevrilib. Bir alt variantı da bu yaxınlarda Pekində yayılan əsas variant kimi müəyyən edilib. Məhz bu variantın hesabına Çində COVID infeksiyasının növbəti dalğasına səbəb olub.

IFL Science yazır ki, bu variantın performansı ilə bağlı Çindən gələn hesabatlar narahatlıq doğurur, dünyanın başqa yerlərində isə o qədər də böyümür. Çindən gələn hesabatlar göstərir ki, BF.7 subvariantı ölkənin “Omikron” subvariantları arasında ən güclü yoluxuculuğa malikdir, digər variantlardan daha sürətli ötürülür, daha qısa inkubasiya dövrünə malikdir və daha əvvəl COVID infeksiyası keçirmiş insanları da yoluxdurmaq qabiliyyətinə malikdir, hətta iki dəfə peyvənd edilmiş şəxsləri belə.

Hesablamalar göstərir ki, yoluxmuş şəxs virusu orta hesabla 10-18,6 nəfərə ötürür. Çoxlu asimptomatik daşıyıcılara görə aşkar edilməmiş yayılma riski ilə əlaqəli BF.7-nin yüksək ötürülmə sürəti Çində epidemiyaya nəzarətdə mühüm problem hesab olunur. BF.7 infeksiyasının simptomları digər “Omikron” “alt seçimləri ilə əlaqəli olanlara bənzəyir. İlk simptomları isə bunlardır: yuxarı tənəffüs yollarından gələn simptomlar. Daha sonra qızdırma, öskürək, boğaz ağrısı, burun axması və yorğunluq. İnsanların az bir hissəsində qusma və ishal kimi mədə-bağırsaq simptomları da ola bilər.

“Omikron” alt variantı zəif immunitet sistemi olan insanlarda daha ciddi xəstəliklərə səbəb ola bilər. “Omikron” inkişaf etdikcə peyvənddən və ya əvvəlki infeksiyadan immunitetdən daha yaxşı qaçmağa qadir olan yeni alt-variantlar ortaya çıxır. BF.7 fərqli deyil.

Sürətlə yayılır, amma öldürücü deyil...

Nicat Əzimli

Həkim-infeksionist Nicat Əzimli “Yeni Müsavat”a deyib ki, Hindistanda aşkarlanmış olan koronavirusun “Omikron” variantının BF.7 adlandırılan subvariantının çox yüksək yoluxuculuq xüsusiyyəti mövcuddur: “İlkin olaraq Hindistan kimi əhalinin sıx yaşadığı ölkədə aşkarlandığı düşünülsə, qısa müddətdə böyük kütlələrə yayılması gözləniləndir. Burada qeyd etmək lazımdır ki, xəstəliyin gedişatında hər hansı ağırlaşma haqda məlumat bildirilməyib”.

İnfeksionist-hepatoloq Mərdan Əliyev isə “Yeni Müsavat”a açıqlamsında bildirib ki, təkrar peyvənd zərurəti hər zaman var: “Risk qrupuna daxil olan şəxslər peyvənd olunsun. Yaşlı şəxslər, xüsusi dərmanlar qəbul edən şəxslər, hansı ki, immun sistemini zəiflədir, onkoloji xəstələr, ağciyər problemi olanlar, idarə olunmayan şəkər xəstəliyi daşıyanlar, qaraciyər sirrozu, revmatik xəstəliyi olanlar, revmatoid artriti olanlar, kimya terapiya alanlar mütləq peyvənd olunmalıdır. Koronovirusun yüngül formasına yoluxsalar da, onlarda ölüm təhlükəsi var. Buna görə onlar peyvənd olunmalıdırlar”.

İranda vəba yayılır - Azərbaycana da təhlükə var

Mərdan Əliyev

Həkim son günlər Azərbaycanda koronovirusa yoluxanların sayının artmasına da münasibət bildirib: “Çində və ona yaxın bəzi ölkələrdə yoluxmanın artmasının müşahidə edilməsidir. Biz də dünyanın bir hissəsiyik, belə olan halda da artımlar bizə də öz təsirini göstərə bilir. Amma bizdə Çindən fərqli olaraq kollektiv immunitet formalaşıb. Demək olar ki, hər kəs bu xəstəliyə yoluxub, sağalıb və immunitet əldə edib. Buna görə ikinci dəfə bu xəstəliyə yoluxmaq təhlükəli deyil. Odur ki, bizdə təhlükəli vəziyyət görmürəm. Yalnız rəqəmlərdə müəyyən artma müşahidə edilə bilər. İndi qış aylarıdır, rəqəmlərin yüzlərdə olması o qədər də ciddi göstərici deyil. Müəyyən müddət artma olacaq, sonra yenə azalmağa doğru gedəcək. Hindistanda olan təhlükəli virus da bizdə immunitet formalaşıb deyə bizə təsir göstərməyəcək. Dediyim ki, artıq immunitet formalaşıb. Həmin ştamm ”Omikron"un bir variantıdır və yeni bir virus deyil".

Əliyev onu da bildirdi ki, hazırda həm koronovirus, həm də digər kəskin virus infeksiyaları var: “Odur ki, maskalardan istifadə edilməlidir. Xüsusilə N 95 tipli maskaları insanlar özləri ilə götürsünlər, bunları daşımaq daha rahatdır, həm də vacibdir”.

Bu arada Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya da son aylar dünyada yaranan epidemik vəziyyətlə bağlı açıqlama verib. O deyib ki, 2022-ci il COVID-19 üçün gərgin il olub: “Pandemiyanın başlanğıcından bəri yoluxmanın ən güclü artımına səbəb olan yeni ”Omikron" genovariantı gəldi. Lakin virus mutasiyaları ötürülmə qabiliyyətini artırmaq (infektivlik - İF) və virulentliyi azaltmaq (orqanizmin zədələnmə dərəcəsi - İF) yolunu tutdu, nəticədə pandemiyanın inkişafında dönüş nöqtəsi oldu. Virus aktiv mutasiyaya davam etdi. “Omicron” daxilində yeni alt variantlar formalaşdı. Ən əsası, bu mutasiyalar ağır formaların nisbətinin artmasına səbəb olmadı. Virus əvvəlki COVİD variantları və ya peyvəndlərin yaratdığı immun reaksiyadan yayınsa da, xəstəliyin daha ağır gedişatına səbəb olmadı. COVID-19-a yoluxma halları ilə bağlı vəziyyət hazırda nisbətən sakitdir. 2022-ci ilin sonuna yaxın koronavirus bizim üçün artıq yeni infeksiya deyil. İnsanların çoxunun immun sistemi ya peyvənd, ya da keçmiş xəstəlik yolu ilə onunla çox yaxşı tanışdır. Dünyanın müxtəlif ölkələrində virusa yoluxma hallarının vaxtaşırı olaraq artdığını görürük. Bu, bir qayda olaraq, “Omicron” un yeni subvariantlarının ölkəyə daxil olması ilə əlaqədardır, baxmayaraq ki, onlar artıq xəstəxanaya yerləşdirmələrin böyük artmasına səbəb olmur".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar