Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TƏNHA, YORĞUN, KƏDƏRLİ – Putin Milad bayramını belə qeyd edib (VİDEO)

7-01-2023, 17:12   



Rusiya Prezidenti Vladimir Putin Milad bayramını Moskvadakı Blaqoveşensk Kilsəsində qarşılayıb.

“AzPolitika.info” Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Milad mərasimindən paylaşılan görüntülərdə Putinin tək və bir qədər narahat olduğu görünür. Nəşr yazır ki, Putinin kafedral kilsədəki kədərli və sevincsiz görüntüləri onun Milad mesajı ilə ziddiyyət təşkil edir.

“Bu parlaq, sevimli bayram insanları xeyirxah əməllərə və istəklərə sövq edir. Həmçinin daim cəmiyyətin mənəvi dəyərlərinə xidmət edən Milad bayramı mərhəmət, şəfqət, yaxşılıq və ədalət kimi əxlaqi dəyərləri özündə birləşdirir”,- Putinin Milad mesajında bildirilir.

Xəbərdə qeyd olunur ki, Putin sonuncu dəfə Milad bayramını 2001-ci ildə Moskvada qarşılayıb. O, əvvəlki illərdə Milad bayramını Sankt-Peterburq şəhərindəki kilsələrdə, insanlarla birlikdə qeyd edib.

Sosial şəbəkələrdə yayılan iddialara görə, Putin mərasimdə tək iştirak edərək, mümkün sui-qəsd risklərindən sığortalanmağa çalışır. Hətta onun ətrafındakı qorumalardan belə ehtiyat etməyə başladığı bildirilir.

“AzPolitika.info”



 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar