Kimlərin maaşları artıracaq, kimlərinki artmayacaq? - İqtisadçının şərhi

17-01-2023, 16:35   



Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq.

Sərəncamı şərh edən, iqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq.

Əmək haqqı artımları neçə faiz olacaq?

Suala cavabında iqtisadçı vurğulayıb ki, bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Onun sözlərinə görə, Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir.

azpolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.