Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hitler istədiyi üçün uşaq dünyaya gətirdi: Hər bir DETALI DƏHŞƏTLİDİR

21-01-2023, 10:48   


Hitler istədiyi üçün uşaq dünyaya gətirdi: Hər bir DETALI DƏHŞƏTLİDİR

Nasist Almaniyasının ən böyük məqsədi, üstün gördüyü Ari irqini yaratmaq idi. Bu məqsədlə “Lebensborn” proqramı təqdim edildi. Proqrama daxil edilən adlardan biri də Hildegard Trutz idi. Yeganə məqsədi Hitler üçün uşaq dünyaya gətirmək olan qadının hekayələri sizi “bu qədər də yox” deməyə vadar edəcək.

Adolf Hitler 1933-cü ildə Almaniyanı ələ keçirəndə onun liderlik xəyallarından biri Ari irqi yaratmaq idi. Üstün irq olaraq gördüyü ari irqinin Skandinaviya mənşəli insanlardan ibarət olacağını düşünürdü. Nasist düşüncəsində Skandinaviya irqi eramızdan əvvəl Şimali Almaniyanın düzənliklərində yaşadıqları güman edilən və proto-arilər adlandırılan insanlardan ibarət idi. Almaniya və Norveçdə, xüsusən 1930-cu illərdə mükəmməl bir irq yaratmaq ideyası nəticəsində təxminən 20.000 uşaq dünyaya gəlib. Mükəmməl Ari irqini təşkil edəcək fərdlər bir-bir seçilir və bir-birləri ilə cütləşdikdən sonra uşaq dünyaya gətirirlər.

Bunun ən parlaq nümunələrindən biri də Nasistlərin qatı tərəfdarı olan Hildegard Trutz idi. Onun həyatdakı son məqsədi yalnız bir Aryan övladı dünyaya gətirmək idi. O, həyatını həsr edəcəyi bu missiya üçün 1933-cü ildə Alman Qızlar Birliyinə Bund Deutscher Madel-ə qatıldı. Hər bazar günü keçirilən məclislərə böyük sədaqətlə qatılan Trutz tez bir zamanda, əsasən sarı saçları və mavi gözləri ilə məşhur sima olub.

Hildegard Trutz 18 yaşında məktəbi bitirdikdən sonra "Məni tez-tez mükəmməl Aryan qadını kimi təsvir edirdilər. Uzun ayaqlarım və gövdələrim, ombalarımın quruluşu uşaq sahibi olmaq üçün mükəmməl idi" dedi.

Təklifdən həyəcanlanan Trutz bilirdi ki, sarışın və mavi gözlü uşaqların sayını artırmaq üçün hökumət tərəfindən maliyyələşdirilən proqram hazırlanır. Ona gözəl səslənən bu izahı heyranlıqla dinlədi və dərhal proqrama qoşulub. "Lebensborn" adlı proqramın bir hissəsi olaraq, irqi cəhətdən "təmiz" qadınlar hamilə qalmaq üçün SS zabitləri ilə işə götürülüb. Gənc Trutz bir sıra tibbi testlərdən keçməli olub. O, qanında yəhudi genindən heç birini daşımamalı idi və nəticələr aydın olarsa, uşaq sahibi olmaq üçün SS zabitlərindən birini seçməli olacaqdı.

Trutz Almaniyanın Bayern şəhərində on dörd qızla köhnə bir qalaya gedib. Qala lüks yaşayışa aid hər şeyi ehtiva edirdi. İdman və müxtəlif əyləncə oyunları üçün ümumi yerlər, kitab mağazası, hətta kinoteatr da var idi. "Onlar indiyə qədər yediyim ən yaxşı yeməklər idi. İşləmək lazım deyildi, qalada çoxlu qulluqçu var idi", - Trutz deyib. Obyektə çatan kimi dərhal yoxlamadan keçib. Çünki o, ailəsində irsi xəstəlik olmadığını bəyan etməli idi.

Toplanan bütün gənc qadınlara xəbərdarlıq edildi ki, onlar dünyaya gətirəcəkləri uşaqlar üzərində bütün hüquqlardan imtina edən sənədə imza atmalıdırlar. Belə bir sənədi imzaladıqdan sonra Trutz və digər gənc qızlar SS zabitləri ilə görüşdülər. Trutz onlardan təsirləndi. Çünki onların hamısı hündür və güclü, mavi gözlü və sarı saçlı idi. Həyat yoldaşı seçməzdən əvvəl qadınlar kişilərlə görüşürdülər. Onlar birlikdə qalada kinoya baxır, oyunlar oynayır və ya müxtəlif tədbirlərdə iştirak edirdilər. Hansı SS zabitlərini özləri seçəcəklərinə qərar vermək üçün təxminən bir həftə vaxtları vardı.

Qadınlar kişiləri əsl adları ilə tanımırdılar, anonimlik Lebensborn proqramının prinsiplərindən biri idi. "Biz partnyorumuzu seçdiyimiz zaman son menstruasiyanın başlanğıcından 10-cu günə qədər gözləməli olduq" dedi Trutz. Hər bir gənc qadın ətraflı tibbi müayinədən keçdi, bundan sonra seçilmiş SS zabiti qızın otağına göndərildi. İlk həftədə Trutz üç axşam SS zabiti tərəfindən ziyarət edildi. Dərhal hamilə qaldı və şəxsi evə köçdü. Körpə dünyaya gələndən sonra onu iki həftə əmizdirib, sonra ondan ayrılıb, sonra başqa evə köçüb.

Trutz bir daha nə uşağını, nə də uşağının atasını görmədi. Sonrakı illərdə rejim üçün mümkün qədər çox uşaq sahibi olmaq istəsə də, evləndiyi gənc zabitə aşiq olub. O, ərinə Lebensborn proqramında iştirak etdiyini deyəndə, reaksiya vermədiyinə təəccübləndi. Trutz heç vaxt uşağının başına gələnləri öyrənməmişdi. Etdiyi əməldən heç vaxt utanmırdı. O, bunu “Həm uşağımın atası, həm də mən gördüyümüz işin əhəmiyyətinə tam inandığımız üçün heç bir qeyd-şərtimiz yoxdur” sözləri ilə ifadə edib.

Bəs doğulan uşaqlara nə oldu? Lebensborn proqramında iştirak edən uşaqların çoxu qaçırıldı. Polşa, Rusiya və Şərqi Avropada 200.000 uşağın ailələrindən oğurlanaraq Almaniyaya köçürüldüyü təxmin edilirdi. Qaçırılan uşaqlar ən çox seçilənlərdən ən az seçilənlərə doğru sıralanıb. Hitlerin genetik təmizlik ideyasına uyğun gəlməyənlər konsentrasiya düşərgələrinə göndərildi. Bu qəlibə uyğun gələnlər yenidən təhsil düşərgələrinə göndərilirdi. Bu uşaqlara yeni adlar verildi və əvvəlki həyatları ilə bağlı hər şeyi unutmağa məcbur edildi. Əgər uşaq yeni şəxsiyyətini qəbul etmirsə, o, öldürülüb. Oradan götürülən uşaqlar ya ideal alman ailələrində böyüdülər, ya da internat məktəblərinə göndərdilər və orada onlara mədəni alman dili öyrədildi. Kütləvi adam oğurluğu ilə bağlı acınacaqlı həqiqət ondan ibarət idi ki, bu uşaqların bir çoxu hətta müharibədən sonra da bioloji valideynlərinə qayıtmayıb.

Lebensdə doğulmuş uşaqların əksəriyyəti bir növ sirri olduğunu bilərək böyüdülər. Sadəcə bunun nə olduğunu bilmirdilər. Son bir neçə il ərzində bu uşaqların çoxu bəzi ipuçlarını izləyərək yavaş-yavaş köklərini açdılar. Çox az adam Lebensborn olmaqdan qürur duyurdu. Onların bir qrupu özlərini elit qrupun bir hissəsi kimi hiss edirdi.

Müharibədən sonrakı Lebens anaları isə böyük stiqma ilə üzləşdilər. Almaniyada abort qanuni olmadığı üçün əksər analar bu 'üstün irq' körpələrini SS-dəki ailələrə verdilər. Bəzi analar uşaqlarını tək böyütməyi seçdilər, lakin damğalanmamaq üçün uşaqlarının mənşəyi haqqında yalan danışdılar. Çoxları deyirdi ki, övladlarının ataları müharibədə həlak olub.

Müharibədən sonrakı Almaniyada Lebensdə doğulmuş analar digər tək analara nisbətən iki dəfə daha çox stiqma ilə üzləşiblər. Səbəblərdən biri onların qeyri-qanuni övladının olması, digəri isə SS proqramlarında iştirak etmələri idi. Problemlərin öhdəsindən gələ bilməyən analar yaşadıqları psixoloji problemlər səbəbindən spirtli içkilərə müraciət ediblər. Müharibədən sonra kənarda qalan bu qadınların bəziləri də xalqın gözü qarşısında döyülərək qul kimi işləməyə məcbur edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar