Hazırda İsveçdə olan tanınmış güney azərbaycanlı ozan Araz Elsəs Bakı, Azərbaycan təəssüratlarını Musavat.com-la bölüşüb.
O bildirib ki, Azərbaycandan böyük enerji ilə qayıdıb:
"Azərbaycanın havası, suyu, dik duruşu mənə böyük bir enerji verdi. Yaxın aylarda yenidən Azərbaycana gəlməyi planlaşdırıram. İran artıq Azərbaycansız bir İran üçün planlar qurmalıdır. Biz artıq bütöv Azərbaycan üçün planlarımızı qurmaqdayıq. Azərbaycan birləşəcək, bütövləşəcək. Bütöv Azərbaycan gələcəkdə yaşayacağımız coğrafiyada qalıcı bir barışın zəmanətidir. İran istəsə də, istəməsə də həqiqət yerini tapacaq. Düşünürəm ki, o günlərə çox az qalıb. Ağayi bataqlığa düşüb, çulunu sudan çıxara bilmir. Ona görə də Azərbaycan türklərinə gözəl bir fürsət yaranacaq. İranda zəlzələ baş verdiyi zaman biz bu fürsəti qaçırmamalıyıq. Güneyli-quzeyli bütövlüyümüzə hazırlaşmalıyıq. Biz bölündüyümüz yerdə yenidən birləşəcəyik. O günlərə çox qalmayıb. Nə yaxşı ki, Azərbaycan var, nə yaxşı ki, yüksəklərə ucalan ay-ulduzlu, üçrəngli bayrağımız var. Bu bayraq daha böyük coğrafiyada dalğalanacaq!"
Musavat.com