İnquşetiya Rusiyadan ayrılacaq

17-04-2014, 08:54   

“Rusiyanın daxilində separatçılığa meyillilik güclənəcək”.
anaxeber.info xəbər verir ki, bu iddia ilə Polşa mətbuatı çıxış edib.
Mətbuat Rusiyanın Krıma müdaxiləsinin və Ukraynanın şərqində hadisələri qızışdırmasının onun üçün bumeranq effekti yaradacağını bildirib:
“Rusiya Ukraynanın şərqində törətdiyi hadisələr və Krıma görə daxilindəki parçalanma ilə cavab verəcək. Bu sırada isə ilk növbədə Şimali Qafqazın olacağı ehtimalı çox böyükdür. Yerli xalqların nümayəndələri onsuz da illərdir ruslara qarşı mübarizə aparır. Çeçenistan yenə də əsas partlayış zonası kimi qalır. Amma İnquşetiya da yaxın müddətdə azadlıq ideyaları ilə əhatə olunmuş ölkəyə çevrilə bilər. Üstəlik çeçenlər də Dudayevin dövründə rusların onlara etdiklərini unutmayıblar. Yaxın müddətdə isə Rusiyanın davranışlarına adekvat olaraq Qərbin bu işə böyük dəstək verəcəyi güman olunur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar