Niyə məhz Türkiyə səfirliyinin qarşısında? –Quranı yandırmaq kimlərə və niyə lazım idi?

23-01-2023, 13:18   


 

Niyə məhz Türkiyə səfirliyinin qarşısında? –Quranı yandırmaq kimlərə və niyə lazım idi?

İsveçin paytaxtı Stokholmda, Türkiyə səfirliyinin binası qarşısında keçirilən aksiyada sağ-ekstrimist siyasətçi Rasmus Paludan Quranı yandırıb. O, bunun üçün İsveç hökumətindən rəsmi icazə aldığını deyib.

Maraqlıdır, hədəf olaraq Türkiyə səfirliyinin seçilməsinin səbəbi nədir? Bu, doğrudan da İsveç hökumətinin razılığı ilə baş tuta bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri İsveçdə baş verən son hadisənin arxasında Qərb dünyasının dayandığını qeyd edib. Ekspert bunu may ayında Türkiyədə keçiriləcək seçkilərlə əlaqələndirib:

“Rasmus Palu cinayətkar ünsürdür və ekstremist olaraq hər zaman islamafob siyasəti dəstəkləyən, müsəlmanları təhdid edən biridir. Zaman-zaman biz bu tip hadisələri müşahidə etmişik. Lakin son hərəkətin zamanlamasının seçilməsi konkret antitürk şəbəkələrin qaranlıq niyyətlərindən xəbər verir. Türkiyədə artıq may ayının 14-də parlament və prezident seçkiləri keçiriləcək. Bu seçki isə təkcə Türkiyə üçün strateji əhəmiyyət daşımır. Bu gün Türkiyə hakimiyyətinə qarşı xristian dünyasında xüsusi bir antipatiya var və bütün Qərb dünyası, başda ABŞ olmaqla, Türkiyənin hazırkı hakimiyyətinin iş başından getməsində maraqlıdırlar. Bu gün Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürən Cümhur İttifaqına müxalif olan “altılıq” deyilən siyasi partiyalardan ibarət koalisiyanı quran, maliyyələşdirən də məhz Qərb dünyasıdır. Türkiyənin getdikcə güclənmənin qarşısını almaq üçün Qərb dünyası ciddi hərəkətə keçib. Qərb seçkini özü üçün imkan hesab edir”.

Politoloq ABŞ-ın Türkiyənin NATO-dan çıxarılmasına niyyətləndiyini qeyd edib. Müsahibimiz əlavə edib ki, Qərb dünyası Türkiyəni bəzi ölkələrlə qarşı-qarşıya qoymağa çalışır:

“Bundan əvvəl PKK terrorçuları etiraz aksiyasında Ərdoğanın müqəvvasını da asdılar. Çox maraqlıdır ki, bunun ardınca da Quran yandırıldı. Düşünmürəm ki, son hadisənin fonunda İsveç hökuməti dayansın. İsveç NATO-ya daxil olmaq üçün bu gün hər vəchlə Türkiyə ilə münasibətləri isti tutmağa çalışır. İsveç bu gün Türkiyənin bəzi tələblərini yerinə yetirməklə bu sənədin Türkiyə parlamentində ratifikasiya edilməsi üçün səy göstərir. Ancaq bu cür hadisələri yaradan şəbəkələr İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün qarşısını Türkiyə vasitəsilə almağa çalışır. ABŞ hətta mümkün olarsa, Türkiyənin NATO-dan çıxarılması məsələsini müzakirə predmetinə çevirmək istəyir. Bu yöndə Trampın müşaviri də açıqlama verib”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar