Trolçu icra başçısı ilə makler dairə sədri Neftçalaya necə zülm edir?

24-01-2023, 09:50   



Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov geridə qalan iki il ərzində fəaliyyəti ilə heç bir rəğbət qazana bilməyib. Onun rayondakı missiyası elə fəaliyyətsizlik, narazılıq yaratmaq olub. Bununla bağlı Anaxeber.info-ya verilən məlumata görə, M. Seyidov əhalinin problemlərinin həllinə dəstək olmaq əvəzinə, mane olur. Misal üçün gələn şikayətdə deyilir ki, icra başçısı fermer təsərrüfatının inkişafına əngəl törədir. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən “şərtlərlə” qarşılaşırlar. Belə ki, icarə müqaviləsi bitdikdən sonra torpaq elə icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun “şərti” var. Bildirilir ki, torpağın hər hektarına görə 1 000 manat tələb olunur. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və kim 1000 verirsə, ona peşkəş olunur

Dairə sədri makler rolunda

İddia olunur ki, bütün bu işlərin başında əvvəllər Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda 61 saylı Dairə Seçki Komissiyasının sədri olan Zaur Kərimov dayanır. Bununla bağlı bir qrup fermerin mediaya ünvanladığı müracətdə maraqlı iddialar yer alıb. Bu məqamlardan bəzilərini Anaxeber.info olaraq sizə təqdim edirik: ”Həsənabad qəsəbə sakini İsayev Asif Əmiraslan oğlu ilə iş birliyinə girərək, rayonun müxtəlif ərazilərində ona torpaq sahələri verib gəlirin on faizinə şərik olub. Ötən il Kürağzı dövlət fond torpağında, dənizin qorunma zolağında Ələkbərov Sərvər Sərdar oğluna hektarı 70 manatdan olmaqla 250 hektar torpaq satıb. Halbu ki, həmin ərazidə Zaur Kərimovla anlaşmadığı üçün İsbat Bayramov adlı fermer haqda inzibati tədbir görülmüşdü. Bu il isə, N saylı hərbi hissənin ərazisini şumlatıraraq əkin sahəsi kimi satmaq istəyir. Torpağın icarə müqaviləsi bitən fermerlərdən 1500 manat pul alaraq torpağın qanunsuz istifadəsinə şərait yaradır. Belə fermerlərdən biri rayonun Boyat kənd sakini Z. Kərimovla bu yaxınlarda eyni qiymətə anlaşıb. Lerik obasında Tofiq adlı şəxsin əli ilə fermerlərdən qanunsuz olaraq xərac yığır. Xol qəsəbəsində isə eyni işi Z. Kərimovun Vüsal adlı adamı görür. Birinci Mayak ərazisində Rəsul adlı şəxs Zaurla anlaşaraq 300 hektar ərazini əkir. Həmin ərazinin bələdiyyə sədri Nağıyev İmamnəzər Z. Kərimovun maxinasiya ortağıdır”.

Rayon fermerlərinin sözlərinə görə Zaur Kərimov torpaq bazarlıqlarını açıq aşkar DSK binasında aparır və bütün fəaliyyətini icra başçısı ilə razılaşdırdığını bildirir. Aldığımız məlumata görə bütün bu fəaliyyəti və qanunsuzluqları ilə bağlı Z.Kərimov Mərkəzi Seçki Komissiyasına çağrılıb və onun faktik okaraq vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.

Trolçu icra başçısının makler dairə sədrinin media təşvişi 

Mətbuatda Neftçalada baş verən məmur özbaşınalığı və qanunsuzluqlar haqda ardıcıl dərc olunan ittihamlara cavab vermək əvəzinə hər iki şəxs özünü mətbuatda uğursuz təbliğ etmək yolunu tutub. Sən demə elə təyinatı anındaca prezidentdən irad eşidən gənc icra başçısı köhnə qvardiya tərəfindən qərəzli şəkildə tənqid olunurmuş. Gənclik karyerasını Ramiz Mehdiyevin ssenarisi əsasında yaradılan “İrəli” təşkilatında quran bir şəxsin belə müdafiəsi ancaq gülüş doğura bilər. Yeri gəlmişkən M.Seyidovun keçmişi ilə bağlı elə onun öz vikipediyasında əks olunan bir məlumatı Anaxeber.info olaraq diqqətinizə çatdırırıq: “OpenDemocracy azad beynəlxalq mətbuat platformasında dərc olunan yazıya əsasən, sələfi Rauf Mərdiyevin sədrliyi vaxtında olduğu kimi, Mirhəsən Seyidovun sədrliyi dönəmində də İrəli İctimai Birliyi kollektiv siyasi trollinq vasitəsilə internetdəki müzakirələri təhrif etməyə davam edib. Yazıda bildirilir ki, Mərdiyevin gedişindən sonra İrəli troll fəaliyyətinə davam etdirsə də, bu işdə YAP Gənclər Birliyi üzvləri artıq onları kölgəyə salmağa başlayırlar, lakin YAP Gənclər Birliyi üzvləri də, öz növbələrində, trolliniqi İrəli üzvləri kimi peşəkarcasına apara bilmirlər”. Troll dəstəsi ilə ad çıxaran birinin bu gün rayonu necə idarə etməsi haqda isə Google axtarış sistemində kiçik gəzinti etməklə nəticə çıxarmaq olar. O ki qaldı DSK Sədri Zaur Kərimova Neftçala əhli üçün gün kimi aydındır ki, rayonda bütün torpaq məsələlərini o həll edir. Z.Kərimov nə qədər “mənim səlahiyyətimə aid deyil” desə də fermerlərlə onun torpaq danışıqları əksini göstərir. Bütün bu qanunsuzluqlar artıq Mərkəzi Seçki Komissiyasına da çatıb və Zaur Kərimovun özü ərizə yazaraq işdən çıxması tələb olunub. Bu sırada DSK Sədrinin bir torpaq məsələsində icra başçısından 8 min manat pul gizlətdiyi ortaya çıxdığından bir dayaqdan da məhrum olub.

Neftçala icra başçısını makler şəriki şantaj edir: narazılıq pik həddə

Rayondakı mənbələrdən daxil olan məlumata görə Z.Kərimov vəzifəsiz qalmaması üçün yeni axtarışlara çıxıb. Mənbənin Anaxeber.info-ya bildirdiyinə görə icra hakimiyyətində vəzifə alması üçün Z.Kərimov icra başçısı Mirhəsən Seyidova bir neçə minnətçi salıb. Bu sahədə uğur qazana bilməyən Zaur Kərimov gənc icra başçısının 2021ci ilin oktyabrında törətdiyi avtoqəzanı ört-basdır etməsi(iddiaya görə idarə etdiyi avtomobillə adam vurub hadisə yerindən qaçan başçının əməlini Z.Kərimov öz üzərinə götürüb), torpaq maklerliyinində birgə qazanclarını dilə gətirməklə şantaj yolunu tutub. Bu arada Z.Kərimovun rayondakı Sahibəzzaman məscidinə axund təyinatı, keçmişinin müxalifətlə bağlı olduğu iddia edilən Ülvi Fərzəliyevin YAP Neftçala təşkilatının başına gətirilməsinin qaranlıq məqamlar haqda atmacaları da icra başçısına “açaram sandığı, tökərəm pambığı” mesajı sayıla bilər. Rayona təyin olunduqdan sonra ümidləri boşa çıxaran və adı müxtəlif qalmaqallarda hallanan icra başçısından da rayonda ciddi narazılıq var. Bəzi məqamlarda gənc başçı həbsdə olan sələfinə rəhmət belə oxutdurur.İsmayıl Vəliyev kimi gününün çox hissəssini restoranlarda keçirən yeni icra başçısının da ilk işi özünə biznes yaratmaq olub. (İsmayıl Vəliyevin ilk işi Neftçalada yeni bazar və restoran inşa etmək olmuşdu.) Belə ki, Mirhəsən Seyidov dəniz sahilində, xalq arasında “Müşviq” deyilən, Neftçalanın Şirvanlı kəndində İstirahət Mərkəzi tikdirib. Mərkəzin idarəçiliyini icra başçısının Bakıdan özü ilə gətirdiyi Rüstəm adlı yaxın qohumu aparır. (Təsadüfdənmi, yoxsa qədərdənmi, İsmayıl Vəliyev də Neftçalaya gələndə özü ilə Rüstəm adlı dostunu gətirmişdi.) Rayondakı mənbələrin məlumatına görə gənc icra başçısından narazılıq pik həddədir. Mənbənin sözlərinə görə bu yaxınlarda ölkə rəhbərinin bölgəyə səfəri gözlənilir və bu səfər zamanı narazı əhali Mirhəsən Seyidova sürpriz yaşada bilər.

P.SÖtən ilin sentyabrında cəbhədə yaranan gərginlik zamanı şəhid olan Neftçala igidlərinin dəfni prosesində  bank kartı əməliyyatından icra başçısının kirayə qaldığı evlə bağlı müqavilə qanunsuzluğunadək növbəti yazımızda.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.