Moskvada azərbaycanlılar arasında kütləvi dava- Ölən var

26-04-2014, 12:25   

Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava olub. Rusiya KİV-nə istinadən xəbər verir ki, dünən baş verən insident “Tabak” mağazasında qeydə alınıb. Belə ki, səkkiz azərbaycanlı mağazaya hücum edərək onun sahibi 49 yaşlı Zeynalov İ.M oğlunu güllələyiblər. Onlar iki dəfə həmyerlilərinin sinəsinə atəş açıblar, lakin Zeynalov müqavimət göstərməyə davam edib. Güllə qurtardıqda isə xuliqanlar bıçağa əl atıblar. Zeynalov da bıçağa əl atıb, lakin təsadüfən öz qohumu, onun yanında satıcı işləyən 37 yaşlı Abbasov R. Q oğlunu yaralayıb. Abbasovu yaralı halda xəstəxanaya yerləşdirsələr də Zeynalov “təcili yardım” maşınında keçinib. Polislər hadisə yerindən qaçan "VAZ-21144” avtomobilini izləyiblər və 23 yaşlı azərbaycanlı O.Əliyevi yaxalaya biliblər. Hazırda mağazaya hücum edən digər xuliqanlar da axtarışdadır. Onlara “Adam öldürmə” və “silah saxlama” maddələri ilə cinayət işi açılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.