Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Səfirliyimizdəki terrorla bağlı ŞOK faktlar- İranın əsl məqsədi bu olub...

1-02-2023, 17:33   


 

Ötən həftə Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror hadisəsi bütün dünya tərəfindən qınanıldı. Hadisə İranın məqsədini, bizə qarşı qərəzini və düşmənçilik düşüncələrini bir daha açıq-aşkar ortaya qoydu.

 Bu günlər ərzində ortaya çıxan faktlar sübut etdi ki, Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş hadisə  İran dövləti tərəfindən təşkil olunmuş siyasi terrordur.

Yada salaq ki, ötən il avqustun 4-də bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum etdi. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb, yerinə dini şüar yazılmış bayraq taxdılar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb, səsləndirdilər.

Həmin zaman bütün bunlar “Mehdinin xidmətçiləri” adlı radikal qruplaşmanın üzərinə atıldı. Lakin sonradan məlum oldu ki, bu məsələdə də İranın əli var.

Əldə etdiyimiz məlumatlara görə, hər iki basqın İran dövləti tərəfindən təşkil olunub. Sadəcə olaraq, London basqını “xəbərdarlıq aksiyası” olduğuna görə, o hadisə zamanı qətl törədilməyib.  Tehrandakı terror isə artıq xəbərdarlıq yox, birbaşa qətliam məqsədi ilə törədilib. Lakin İranın əzələ nümayişi adı ilə keçirdiyi hərbi təlimlərdə gördüyümüz köhnə, boşa atan silahları kimi tutduqları terrorçu da niyyətlərini axıra çatdıra bilmədi. Təbii ki, səfirliyimizin qəhrəman mühafizəçiləri tərəfindən qətliamın qarşısı alındı.

Bəs hücumda məqsəd nə idi?

Səfirlik Azərbaycan ərazisi hesab olunduğundan, həm Londonda, həm də Tehrandakı basqınla Azərbaycana açıq mesaj göndərilir – Azərbaycanın istənilən ərazisinə hücum edə bilərik!

Yuxarıda da qeyd etdiyimiz kimi Tehrandakı terrorda məqsəd qətliam törətmək olub.

Bu barədə əldə etdiyimiz məlumata görə İranın planı Tehrandakı səfirliyin ərazisində olan hər kəsi – həm diplomatları, həm onların ailə üzvlərini qətlə yetirərək böyük qətliam törətmək və Azərbaycanda qorxu hissi yaratmaq olub.

Bununla həm də Azərbaycanın İranın özünə düşmən saydığı ölkələr və güclərlə təmaslardan çəkindirmək məqsədi güdülüb. Azərbaycanın müstəqilliyini İran qəbul edə bilməməklə özünü rəzil duruma salır, bu gücün yanında deyil, qarşısında durmaqla özü-özünü parçalayır.

Səfirlikdəki terror zamanı da əlində avtomat olan, atəşə davam edən terrorçunun üzərinə atılan Vasif Tağıyevin şücaəti həm planı pozub, həm də molla rejiminin sonrakı ssenarisini.

Ehtimal olunur ki, plana görə, terrorçu səfirlikdə qətliam törətdikdən sonra hadisə yerinə gələn polis əməkdaşları terrorçu ilə “atışma” səhnəsi qurmalı, onu qətlə yetirməli idilər. Sözsüz ki, terrorçu həmin polisləri tanısa da, sonda öldürüləcəyini bilmirdi. Videodan da göründüyü kimi, terrorçu səfirlik qapısının yanında oturan İranın “mühafizə polisi”nin yanından keçib,  ona salam verib, əlindəki avtomatla içəri basqın edib. Polis isə içəri daxil olmağa, bunun qarşsını almağa cəhd belə göstərməyib. Hadisədən məmnun şəkildə, gedişatın ssenariyə uyğun formada getdiyindən aldığı həzlə sonu gözləyib.

Son isə İranın və onların düşündüyü kimi olmadı...

Bu hadisə bir daha İranın kim olduğunu Azərbaycandakı bəzi ranpərəstlərə də açıq-aşkar göstərmiş oldu. Bir daha göründü ki, İran Azərbaycan dövlətinin yaxşı gününü istəyənlərdən deyil...

 

 musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar