Bərdə RİH-nin başçısının susması nəyə dəlalət edir? VIDEO

2-02-2023, 10:22   


Bərdə RİH-nin başçısının susması nəyə dəlalət edir?   VIDEO




Sual oluna bilər ki, görəsən Konstitusiyamızın tələbləri əsasında xalqımızı və dövlətimizi təmsil etmək hüququ verilmiş şəxslərə məxsus portret-şəkillərin, ayaqlar altına atmasına hansı qanun ixtiyar verib?



Bugünlərdə redaksiyamıza Bərdə şəhəri, Pərvin Əlizadə küçəsində Əli adlı şəxsə məxsus fərdi yaşayış evində, hansı ki, antisanitariya şəraitində istehsalı həyata keçirilən tualet kağızı sexində baş alıb gedən biabırçılıqlarla bağlı xeyli məlumatlar daxil olmuşdur. Bu yöndə daxil olan məlumatlardan sonra əməkdaşımız həmin sexdə olmuş, lazımi çəkilişlər həyata keçirmiş və gördüyü ümumi mənzərə onu dəhşətə gətirmişdir. Yayılan söz-söhbətlərdən və əməkdaşımızın həyata keçirdiyi çəkilişlərdən aydın olur ki, Əli adlı şəxs “dərə xəlvət, tülkü bəydir” yanaşmasını əsas tutaraq, özünəməxsus fərdi yaşayış evində minbir hoqqalardan çıxır. Yəni, bu şəxs sahiblik etdiyi sexdə hər cür hüquqpozmalara qol qoyur və hətta əndazəni də aşır. Qeyd edək ki, Əli adlı şəxsin illərdir ki, belə bir fəaliyyət növü ilə məşğul olduğu söylənilir. Yəqin ki, bu şəxsin qol qoyduğu əməllərlə bağlı ərazi üzrə icra nümayəndəliyi, bələdiyyə şurasının rəhbərliyində olanlar, hətta sahə müvəkkili vəzifəsini daşıyan şəxs, bir qədər də irəli getsək Bərdə RİH-nin başçısı və bu qurumda çalışan əməkdaşların da lazımi səviyyədə məlumatlı olduqları söylənilir. O halda sual oluna bilər ki, görəsən bu Əli adlı şəxsə kim “yaşıl işıq” yandırıb ki, o, sahiblik etdiyi sexdə bu gün də hər cür qanunsuzluqlara qol qoyur? Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, Pərvin Əlizadə küçəsində fərdi yaşayış evində fəaliyyət göstərən Əli adlı şəxs, nəinki sahiblik etdiyi sexdə antisanitariya hallarına, bir çox qanunsuzluqlara qol qoyur, hətta ulu öndər Heydər Əliyevin və ölkə rəhbəri İlham Əliyevin şəkillərinə hörmətsizlik etməyi də unutmur. Yəni, həyata keçirilən çəkilişlərdən də görünür ki, hər iki şəxsə məxsus portret-şəkillər ayaqlar altındadır. Bu da onu göstərir ki, fərdi yaşayış evində qeyri-qanuni fəaliyyət növü ilə məşğul olan Əli adlı şəxsi, heç də bu kimi halların varlığı düşündürmür. Bir sözlə, bu şəxsi daha çox düşündürən yalnız və yalnız var-dövlət qazanmaq istəyidir. Amma onu da unutmaq olmaz ki, ulu öndər Heydər Əliyevin və ölkə rəhbəri İlham Əliyevin şəkillərinə qarşı hörmətsizlik etmək, heç cür yolverilməzdir. Yəni, dərk etmək lazımdır ki, ulu öndər Heydər Əliyev uzun illər ərzində ölkəmizə rəhbərlik etmiş və Konstitusiyamız ona xalqımızı, dövlətimizi təmsil etmək hüququ vermişdir. Bu gün isə həmin funksiyanı ölkə rəhbəri İlham Əliyev də həyata keçirməkdədir. O halda sual oluna bilər ki, görəsən Konstitusiyamızın tələbləri əsasında xalqımızı və dövlətimizi təmsil etmək hüququ verilmiş şəxslərə məxsus portret-şəkillərin, ayaqlar altına atmasına hansı qanun ixtiyar verib? Belə bir mənzərəni görən, yaxud da eşidən Bərdə RİH-nin başçısının susması da, məhz bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Demək, Əli adlı şəxsin indiyə qədər bu yöndə fəaliyyət göstərməsi RİH-nin başçısı Vidadi İsayevin maraqlarına cavab verib ki, o, baş verən olayların qarşısında susub, yaxud da kimlərinsə susmasında da maraqlı olub. Baş verənləri təhlil edib təqribən belə qənaətə gəlmək olar ki, Vidadi İsayevin verdiyi tapşırıqlar əsasında ərazi üzrə icra nümayəndəliyi, bələdiyyə şurasının rəhbərliyində olanlar, hətta sahə müvəkkili vəzifəsini daşıyan şəxs və digər vəzifə sahibləri, bu günə kimi Əli adlı şəxsə “yaşıl işıq” yandırıblar ki, bu şəxs özündə arxayınçılıq taparaq hər cür qanunsuzluqlara imza atmışdır. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Araşdırmamız davam edəcək.

Nyus.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.