Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Direktor təyin olunan deputatın ilk iş günündə BÖYÜK QALMAQAL: Nazir məktəbə getdi - FOTOLAR

2-02-2023, 14:20   


Naxçıvan MR Ali Məclisinin deputatı Turan Məmmədli Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbə direktor təyib olunub. Lakin onun ik iş günü böyük qalmaqalla yadda qalıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, Turan Məmmədli məktəb daxilində ilk iclası keçirərkən bir sıra müəllimləri ağır ifadələrlə təhqir edib. Onları maaşlarını kəsdirəcəyi ilə hədələyib. Eyni zamanda bir sıra müəllimlərin saatlarını da mənimsəyib. Deputat özünü yeni rəhbərliyin yaxın adamı kimi təqdim edib.

Bundan sonra müəllimlərlə direktor T.Məmmədli arasında böyük qalmaqal yaşanıb.

Münaqişə o həddə çatıb ki, məktəbin bütün şagirdləri təxliyə edilib. Təhqir olunmuş bir neçə müəllimin səhhətinin pisləşdiyi, bir müəllimin isə infarkt keçirdiyi bildirilir. Məktəbə təcili tibbi yardım briqadaları və polis əməkdaşları çağrılıb.

Məsələ Naxçıvan MR Ali Məclisə məruzə edilib. Dərhal məktəbə Naxçıvan MR-nın təhsil naziri Rəhman Məmmədov göndərilib.

Hazırda nazirin rəhbərliyi ilə məktəbdə iclas keçirilir.

İclasdan fotonu təqdim edirik:


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar