Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyanla DOSTLUQ EDƏN azərbaycanlı məşhurun KİMLİYİ AÇIQLANDI

4-02-2023, 13:20   


Paşinyanla DOSTLUQ EDƏN azərbaycanlı məşhurun KİMLİYİ AÇIQLANDI

Tanınmış prodüser Oktay Əliyevin mətbuatda müsahibəsi yayılıb. O bildirib ki, ailələri İrəvanda yaşayarkən, Nikol Paşinyanın əmisi ilə qonşu olublar.

"Yay tətilində Paşinyan əmisigilə tez-tez qonaq gəlir və qardaşımla həmyaşıd olduğu üçün birgə oynayırdılar. Bir dəfə də qardaşımın velosipedini götürüb qaçmışdı. Demişdi ki, ver sürüm, qardaşım da vermişdi, sürüb aradan çıxmışdı. Nənəm axşama kimi gözlədi, gələn kimi velosipedi ondan aldı. Bir-iki dənə şillə-təpik də yemişdi (gülür). Uşaq vaxtında cığal bir uşaq idi”.

Nikol Paşinyanın Oktay Əliyevin hansı qardaşı ilə dostluq etdiyini öyrənmək üçün onunla əlaqə saxladıq.

Oktay Əliyev Publika.az-açıqlamasında həmin qardaşının tanınmış aparıcı Elçin Əlibəyli olduğunu söylədi.

Amma bildirdi ki, sözügedən müsahibəni 3 il bundan öncə verib. Onun sözlərinə görə, hazırda mövzu aktual olduğu üçün müsahibə indi yayılıb.

Məsələ ilə bağlı Elçin Əlibəylinin mövqeyini öyrənmək istədikdə, aparıcı bu haqda danışmaq istəmədəyini vurğuladı.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar