Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xruşşov niyə Türkiyəyə nüvə bombası atmaq istəyirdi?

5-02-2023, 16:24   


Xruşşov niyə Türkiyəyə nüvə bombası atmaq istəyirdi?


SSRİ çoxdan tarixə qovuşsa da, hələ də bu imperiyadan, ona rəhbərlik edən şəxslərdən çox danışılır. 

Cebhe.info xəbər verir ki, onlardan biri də Nikita Xruşşovdur. Xruşşov zidiyyətli şəxsiyyət və siyasətçi tanınırdı. Onun qəfil qərar və fikirləri bəzən ölkələri hətta müharibə səviyyəsinə gətirirdi.

Nikita Sergeyeviç Xruşşov özünü rəsmən SSRİ-nin başçısı kimi təsdiqləyən kimi dərhal Qərb dövlətlərinin və onların müttəfiqlərinin ünvanına təhdidlər yağdırmağa başladı. Nikita Sergeyeviç emosional və hətta hədsiz dərəcədə tələskən xasiyyətli bir insan idi, necə deyərlər, söz üçün cibə girməzdi. Ancaq Nikita Sergeyeviçin bu cür davranışı tez-tez ölkələr arasında gərginliyə səbəb olurdu. Bu yazıda Nikita Sergeyeviç Xruşşovun 1957-ci ildə Türkiyəyə niyə nüvə bombası atmaq istəməsindən danışmaq istəyirik.

Hər şey Misirdəki çevrilişlə başladı

1950-ci illərin ortalarında Misirdə siyasi çevriliş oldu. Sovet İttifaqı ölkənin yeni lideri Camal Əbdül Nasiri rəsmən dəstəklədi. Lakin 1956-cı ilin oktyabrında Misirlə İsrail arasında hərbi münaqişə baş verdi. Sovet İttifaqı məntiqi olaraq Misiri dəstəklədi, lakin Fransa və İngiltərə israillilərin tərəfini tutdu. Sonradan sovet tərəfi Misiri silahla təmin etməyə və ölkəyə öz müşavirlərini göndərməyə başladı, lakin Fransa və İngiltərə liderləri bu hərəkətlərin qəbuledilməz olduğunu bildirdilər.

Nikita Sergeyeviçin cavabı özünü çox gözlətmədi. SSRİ rəhbəri Fransa və İngiltərənin paytaxtlarına nüvə bombası atacağını bildirdi və xatırlatdı ki, hərbi bazaların yerləşdiyi yerlər sovet qoşunlarına çoxdan məlum olub. Fransa və İngiltərə liderləri deyilən sözlərdən ciddi narahat oldular və ən qısa zamanda qoşunlarını Sinay yarımadasından çıxardılar. Xruşşovun özü belə nəticəyə gəldi ki, Qərb ölkələrinin rəhbərləri ancaq güc dilini başa düşürlər.

Münaqişənin yeni iştirakçıları peyda oldu

1957-ci ildə Suriya və Misir liderləri ölkələri bir dövlətdə birləşdirmək barədə ciddi fikirləşirdilər. Ancaq belə bir addım mümkün birləşmədən xəbər tutan İsrail rəhbərliyinin planlarına daxil deyildi və buna görə də kömək üçün ABŞ hakimiyyətinə müraciət edildi. Ancaq proses az fərqli istiqamətdə getdi.

Suriya və Misirin birləşməsinin qarşısını almaq üçün Türkiyə rəhbərliyi (1952-ci ildə Türkiyə NATO-nun tamhüquqlu üzvü oldu – red.) öz silahlı qüvvələrini  Suriya sərhədlərinə göndərdi. Türk qoşunları nəinki Suriya sərhədlərinə yaxınlaşdı, həm də arsenalında ağır silahlar olub. Türkiyə rəhbərliyinin belə bir hərəkətinə Xruşşov dərhal cavab verdi. SSRİ rəhbəri bəyan etdib ki, Türkiyə Suriyaya hücum etsə, Sovet İttifaqı sonuncunun tərəfini tutacaq.

Vəziyyət getdikcə gərginləşirdi

1957-ci il oktyabrın 20-də Nikita Sergeyeviç Xruşşov SSRİ-nin yeni təyin olunmuş müdafiə naziri Rodion Malinovskini qəbul etdi. Nazir tərəfindən hazırlanmış 2 əlavə fəaliyyət planı nəzərdən keçirildi. Hər iki plan nüvə silahının istifadəsini nəzərdə tuturdu:

*1 nömrəli plana əsasən, sovet hərbi rəhbərliyi münaqişənin köklü şəkildə həllini təklif edirdi. Bir neçə bombardmançı nüvə bombası ilə silahlanaraq tezliklə rəqiblərə dəqiq zərbə endirəcəkdi.

*2 nömrəli plana əsasən, SSRİ hərbi rəhbərliyinin fikrincə, nüvə silahından müstəsna olaraq ən aqressiv rəqib olan Türkiyəyə qarşı istifadə etməli idi.

Daha sonra Suriya ərazisindəki sovet kəşfiyyatçılarından məlumat alındı. Kəşfiyyatçılar xəbər verdilər ki, türk qoşunları mexanikləşdirilmiş bölmələrini aktiv hücuma hazırlayır. Alınan məlumatdan sonra Malinovski bu barədə təcili olaraq Xruşşova məlumat verdi və dərhal türk qoşunlarının mövqelərini nüvə bombası ilə vurmağı təklif etdi. SSRİ müdafiə nazirinin fikrincə, belə bir addım türk qoşunlarını uzun müddət dayandıracaq və Sovet İttifaqına öz qoşunlarını Suriyaya yardım üçün göndərməsinə imkan verəcək.

Xruşşov niyə susur?

Bu görüşdə Nikita Sergeyeviç Malinovskini çox diqqətlə dinlədi, lakin cavab verməyə tələsmədi. Bir neçə saatlıq müzakirədən sonra SSRİ rəhbəri nüvə bombası fikrindən vaz keçdi, lakin nüvə silahının döyüş istifadəsi üçün hazırlanmasını əmr etdi.

Eyni zamanda, marşal Konstantin Rokossovskinin komandanlığı ilə quru əməliyyatı  fəal döyüş hazırlığına başladı. Oktyabrın 24-də sovet tərəfi Türkiyə tərəfinə münaqişənin kəskinləşəcəyi təqdirdə nə olacağını göstərən aktiv təlimlərə başladı. Lakin Xruşşovun planlarına görə, təlimlər istənilən effekti verməsəydi, nüvə silahından istifadə mümkün idi. SSRİ rəhbərinin planına görə, Türkiyə sadəcə olaraq Suriya və Misirin birləşməsinə qarışmamalı idi, əks halda nüvə silahı Ankaranı vuracaq, Ankara isə sonradan sovet qoşunları tərəfindən mühasirəyə alınacaqdı.

ABŞ dövriyyəyə girməsəydi...

Artan gərginliyi ancaq ozamankı ABŞ Prezidenti Eyzenhauer “söndürə” bildi. Amerika lideri telefon danışığında Xruşşova lazımi vaxtı olarsa, bütün mübahisəli məqamları həll edəcəyinə söz verdi. Xruşşov Amerika Prezidentinin arqumentləri ilə razılaşdı, lakin əməliyyata hazırlığı ləğv etmədi. Yalnız bir müddət sonra Türkiyə rəhbərliyi faktiki olaraq Suriya və Misirin işlərinə qarışmaqdan imtina etdi və Sovet lideri təlimləri başa çatdırmaq və əməliyyat planından imtina əmrini verd.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar