Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dəhşəti 3 gün əvvəl xəbər verən "zəlzələ kahini" video yaydı: Yeni tarix verdi

8-02-2023, 09:55   


Dəhşəti 3 gün əvvəl xəbər verən "zəlzələ kahini" video yaydı: Yeni tarix verdi


Kahramanmaraş zəlzələsini əvvəlcədən bilən, "zəlzələ kahini' və dünyada məşhur zəlzələ mütəxəssisi kimi tanınan Frank Huqerbets yeni tarix verərək xəbərdarlıq edib.

Cebhe.info xəbər verir ki, episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olmuş zəlzələni 3 gün əvvəl sosial media hesabında açıqlayan "zəlzələ kahini" bir video yayımlayaraq 13-14 fevral tarixinə diqqət çəkib. 

Beləliklə, fevralın 3-dəki paylaşımında “Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 zəlzələ olacaq” ifadələrini işlədən dünya şöhrətli zəlzələ mütəxəssisi Frank Huqerbets sosial media hesabından daha bir diqqətçəkən video paylaşıb.

Ayın həndəsəsinin önümüzdəki günlərdə güclü seysmik aktivliyə səbəb ola biləcəyini ifadə edən mütəxəssis  "6 bal gücündə bir təkana səbəb olacaq bu seysmik hərəkətinin fevralın 8-də olması gözlənilir",-deyib.

Türkiyədə 5-6 bal gücündə artçı zəlzələlərin davam edəcəyini ifadə edən Huqerbets şərhinin davamında "10 fevralda seysmik dalğalar gözləyirəm. Amma şiddətli olmayacağını təxmin edirəm. Ayın həndəsəsinin fevral ayları arasında formalaşdığını görürük. Fevralın ortaları olan 13-14 bir az daha kritik ola bilər”,-deyə yazıb.
Kahramanmaraş zəlzələsini əvvəlcədən bilən Huqerbets 7,6 bal gücündə zəlzələdən əvvəl "güclü təkanların davam edəcəyi" xəbərdarlığını edib. Bu xəbərdarlıqdan dərhal sonra Kahramanmaraşda daha 7,6 bal gücündə zəlzələ baş verib.

Xəzər

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar