Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“110 RAYON ZƏLZƏLƏ ZONASINDA YERLƏŞİR...” – Türkiyədə hansı şəhərlər daha təhükəsizdir?

13-02-2023, 23:44   



Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsi (MTA) öz saytında yenilənmiş fay (süxurların tektonik hərərkətinə səbəb olan aktiv qırılma xətti-red.) xəritələrini dərc edib.

“AzPolitika.info” xəbər verir ki, paylaşılan xəritəyə görə, Türkiyənin 45 vilayətində 110 rayon aktiv fay xəttinin üzərində yerləşir.

Aktiv zonada olan əsas vilayətlər Aksaray, Aydın, Balıkəsir, Bolu, Burdur, Bursa, Bingöl, Dənizli, Əskişəhər, Ərzincan, Ərzurum, Hakkari, Hatay, İzmir, Kahramanmaraş, Manisa, Muğla, Kocaeli, Konya, Osmaniye, Sakarya və Tokatdır.

Məlumata görə, Türkiyədə 3 böyük fay xətti var. Bunlar - Şimali Anadolu, Şərqi Anadolu və Qərbi Anadolu fay xəttləridir.

Zəlzələ xəritəsində qırmızı rəngdə olan vilayətlər birinci dərəcəli zəlzələ zonası, çəhrayı rəngli olanlar ikinci dərəcəli risk zonası, sarı rəngli vilayətlər isə üçüncü dərəcəli zəlzələ zonası kimi təsnif edilir.

Qeyd olunur ki, dördüncü və beşinci dərəcəli zonalarda yerləşən rayonlar ən aşağı risk qrupuna daxil olan bölgələrdir.

Birinci dərəcəli zəlzələ zonası olan vilayətlər bunlardır - İzmir, Balıkəsir, Manisa, Muğla, Aydın, Dənizli, Isparta, Uşak, Bursa, Biləcik Yalova, Sakarya, Düzce, Kocaeli, Kırşehir, Bolu, Karabük, Hatay, Bartın, Çankırı, Tokat, Amasya, Çanaqqala, Ərzincan, Tunceli, Bingöl, Muş, Hakkari, Osmaniye, Kırıkkale və Siirt.

İkinci dərəcəli zəlzələ zonası olan vilayətlər - Tekirdağ, İstanbul (1-ci və 2-ci Region), Bitlis, Kahramanmaraş, Van, Adıyaman, Şırnak, Zonguldak, Tekirdağ, Afyon, Samsun, Antalya, Ərzurum, Qars, Ardahan, Batman, Iğdır, Elazığ, Diyarbakır, Adana, Əskişəhər, Malatya, Kütahya, Çankırı, Uşak, Ağrı və Çorum.

Üçüncü dərəcəli zəlzələ zonası olan vilayətlər - Eskişehir, Antalya, Tekirdağ, Ədirnə, Sinop, İstanbul, Kastamonu, Ordu, Samsun, Giresun, Artvin, Şanlıurfa, Mardin, Kilis, Adana, Qaziantep və Kahramanmaraşın bəzi bölgələri, Sivas, Gümüşhane, Bayburt, Kayseri, Yozgat , Çorum, Ankara , Konya, Mersin və Nevşehir.

Paylaşılan xəritəyə əsasən Türkiyədə zəlzələ baş vermə ehtimalı ən aşağı olan bölgə Karaman rayonudur.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar