Naxçıvanda Talıbovçu zehniyyət yenə “iş başında”… - 2 MƏMUR RÜŞVƏT ALARKƏN SAXLANILDI

16-02-2023, 10:52   



Ordubad rayonunun Dəstə kənd sakini Ağayev Xanlar Şaban oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına müraciət daxil olub. O, kəndin icra başçısından şikayətçidir:

“Kəndimizin sabiq icra nümayəndəsi əlifbanı əzbərdən deyə bilməyən, savadsız, “iki eşşəyin arpasın bölə bilməyən”, işlədiyi müddətdə insanları təngə gətirən Şabanov İsfəndiyar Həsən oğlu işlədiyi zaman 4 vəzifə daşıyırdı: kənd icra nümayəndəsi, sovxoz direktoru, YAP sədri və Naxçıvan Ali Məclisinin deputatı.

O vaxt ona nə haqdasa şikayət etmək və yaxud nəsə tələb etmək reyri- mümkün idi. Nəsə tələb edənlərə də hədə-qorxu gəlirdi.

O, sovxozun 2 mərtəbəli inzibati idarə binasını və "tövlə heyəti" adlanan yardımçı tikililərini, kombayn və traktorları, 40 tonluq tərəzini və sair dövlət əmlakını qəpık-quruşa başqalarının adına  özəlləşdırmış, hektarlarla pay torpağı mənimsəmişdir.

Onu da deyim ki, hal-hazırda da vəziyyət ciddi şəkildə dəyişməyin. Deməli, Bakı şəhərindən gələn olmadığından, Naxçıvan Gömrük Baş İdarəsinin 2 nümayəndəsi Culfa gömrüyündə yoxlamaya gedib. Həmin 2 nəfər həbs olunub. Onlar rüşvət alarkən saxlanılıblar.

Hal-hazırda bir neçə idarə və müəssədə yoxlamalar aparılır”.

Hurriyyet.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.