Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bu görüntülər İLK DƏFƏ ortaya çıxdı: Görənlər dəhşətə gəldi - VİDEO

16-02-2023, 21:52   


Britaniyanın "White Star Line" firmasının gəmisi olan Titanik 1912-ci il aprelin 15-də aysberqə çırpılıb və göyərtəsində olan 2224 sərnişindən 1517-si həlak olub.

Musavat.com xəbər verir ki, 111 il əvvəl Atlantik okeanının qaranlıq sularına qərq olan, haqqında filmlər çəkilən, kitablar yazılan Titanikin ilk çəkilən görüntüləri ilk dəfə ictimaiyyətə təqdim olunub.

1986-cı ildə çəkilmiş, çox aydın olmayan görüntülər gəminin qorxulu tərəflərini ortaya qoyur. Belə ki, görüntülərdə ölmüş sərnişinlərə məxsus olan ayaqqabı və s. əşyalar izləyənləri dəhşətə gətirib.

Qeyd edək ki, “Batmaz” olduğu iddia edilən gəmi saatda 22,5 dəniz mili sürəti ilə hərəkət edib və maksimal sürətindən cəmi yarım mil aşağıda olub. Qonşu gəmilərdən gələn aysberq xəbərdarlıqlarına baxmayaraq, kapitan Edvard Smit gəminin sürətini azaltmayıb və aysberqə çırpılıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar