Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı ilginc məqam: Hər dovşan ilində... - ARAŞDIRMA

17-02-2023, 18:16   


Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı ilginc məqam: Hər dovşan ilində... - ARAŞDIRMA


Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. 

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə “afterşok” qeydə alınıb. Həmçinin, qonşu ölkələrdə də təkanlar hiss edilib. Zəlzələ nəticəsində indiyədək 38 mindən çox insan həyatını itirib.  

Türkiyədə baş verən zəlzələnin qəribə tərəfi onun təsadüf etdiyi ildir. Belə ki, hər dovşan ilində zəlzələlərin olması ilə bağlı fikirlər müzakirələrə səbəb olub.    

Cebhe.info bununla bağlı araşdırma aparıb. Araşdırmamızda əsasən son əsrin zəlzələləri qeyd olunub. Demək olar ki, ötən əsrin hər dovşan ilində zəlzələ baş verib.     

*1891-ci il oktyabrın 28-də səhər saat 06.37 dəqiqədə Yaponiyanın dağlıq rayonu olan Xan-syu adasında zəlzələ baş verib. Zəlzələ təxminən 100 km uzunluğunda tektonik xəttin fayı ilə müşayiət edilib. Üfüqi yerdəyişmə 4 m-ə, şaquli yerdəyişmə bəzi yerlərdə 7 m-ə çatıb. Şərq tərəfdə fay boyu yerdəyişmə şimal-qərb istiqamətində olub.  Zəlzələ 1 000 000 kvadrat km sahədə hiss edilib, fay boyu 10 000 kvadrat km-ə yaxın sahədə böyük dağıntılar olub və 10 000 körpü müxtəlif dərəcədə zədələnib. Bu zəlzələnin nəticəsində 7 000 nəfər tələf olib və 17 000 nəfər yaralanıb.   

*1903-cü il aprelin 29-da Türkiyədə, Muşun Malazgirt bölgəsində 6.7 bal zəlzələ olub. Zəlzələ nəticəsində 600 nəfər həyatını itirib. Xining (1927)  1927-ci ildə Çinin Xining əyalətində 7,9 bal gücündə zəlzələ baş verib. 200 minə yaxın insan ölüb, 500-dən çox məktəb və iş yerinə ciddi ziyan dəyib.   

*27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan ilində baş vermiş zəlzələ tarixdə "Anadolu zəlzələsi" kimi tanınır. Rixter cədvəli üzrə 7.9 bal gücündə olan zəlzələ 57 saniyə davam etmiş və Ərzincanı darmadağın etmişdi. Zəlzələ Amasya, Tokat, Ordu, Sivas, Kırşehir, Ankara, Çanqırı, Kayseri şəhərlərində də hiss olunub. Qar və mənfi 30 dərəcəyə çatan şaxta insan tələfatının sayının çoxalmasına səbəb olub. Nəticədə, təqribən, 17 min bina dağılmış, 100 min insan yaralanmış, rəsmi məlumatlara görə 33 min, qeyri-rəsmi məlumatlara görə isə 400 min insan həlak olmuşdu. Şahidlərin sözlərinə əsasən, 400 nəfər sakini olan bir kənddə yalnız 1 qız sağ qalmışdı.            

*1963-cü il iyul ayının 26-da Makedoniyanın paytaxtı Skopyedə baş verən zəlzələ şəhərin altını üstünə çevirdi, 2 min nəfər isə həlak oldu.    

*1975-ci il sentyabrın 6-da Diyarbakırda baş verən 6.2 bal gücündə zəlzələdə 2385 nəfər həlak olub.

 

*XX əsrin sonunda 1999-cu ildə Türkiyədə (İzmit) baş verən zəlzələnin gətirdiyi fəlakətlər daha böyük olub. Avqustun 17-də baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə, 18373 adam ölüb, 48901 nəfər yaralanıb, 500 min nəfər isə evsiz-eşiksiz qalıb, amma əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir. Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. 50 min bina isə ciddi şəkildə zədələnmişdi. 2000 bina isə çökmüşdü. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi.    

*2011-ci il martın 11-də baş verən 9 bal gücündə zəlzələ və ona bağlı sunami Yaponiyanın Tohoku bölgəsini xarabaya çevirib. Bu, Yaponiyada yaşanan ən güclü, dünyada isə ilk 5 ən güclü zəlzədən biridir. Sunami ölkəyə böyük ziyan vurub. 15 828 nəfər həlak olub, 3760 nəfər isə okean sularında itkin düşüb. Avtomobil və dəmir yollarına ciddi ziyan dəyib, bir neçə yerdə yanğın baş verib, bənd uçaraq ərazini su basıb. Yaponiyanın şimal-şərqində zəlzələ nəticəsində 4,4 milyon ev işıqsız, 1,5 milyon ev susuz qalıb, ərzaq qıtlığı yaranıb.  

*2011-ci il oktyabrın 23-də həm də Van əyalətində 7.2 bal gücündə qeydə alınmış zəlzələdə 604 nəfər yaşamını itirib, 4152 nəfər yaralanıb.    

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar