“Zəlzələ peyğəmbəri” dünənki zəlzələni də öncədən bilib - Sabaha da proqnozu var… - FOTO

21-02-2023, 10:51   


Türkiyədə baş vermiş dəhşətli zəlzələləri öncədən proqnozlaşdıran və “zəlzələ peyğəmbəri” kimi tanınan Frank Hoogerbeets ötən gecə baş verən zəlzələləri də əvvəlcədən bilib.

Musavat.com BAKU.WS-ə istinadən xəbər verir ki, məşhur mütəxəssis bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Hoogerbeets iki gün əvvəlki tvitində ötən gün Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən bəhs edib.

“Daha güclü afterşok, seysmik aktivlik təxminən fevralın 20-dən 22-dək baş verə bilər və potensial olaraq bu hal 22-də maksimuma çata bilər”, - deyə o, paylaşımda bildirib.

Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Hoogerbeets buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq.

 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.