“Bir ekstrasens kimi görürəm ki, Ukraynada qələbə Rusiyanın olacaq. Artıq 2023-cü ildə, yəni bu il nəticələr aydın görünəcək”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında ekstrasens Zirəddin Rzayev Rusiya-Ukrayna müharibəsinin gərginləşməsi ilə bağlı proqnoz verərkən deyib.
O bildirib ki, müharibə bitməsə də, müəyyən nəticələr, bəzi dəyişikliklər əldə olunacaq:
“Ukrayna parçalanacaq. Divizionda Rusiya ilə yanaşı Polşa da iştirak edəcək”.
Z.Rzayev Ukrayna Prezidenti Vladimir Zelenskinin narkotikdən istifadə etdiyini iddia edib:
“Bir psixoloq kimi deyə bilərəm ki, onun fizionomiyası, xarici görünüşü, qızarmış gözləri, yorğunluğu bundan xəbər verir”.