Dünyanın ən məşhur mesajlaşma platforması olan "WhatsApp" daha bir yenilik təqdim etməyə hazırlaşır.
Anaxeber.info-un "WaBetaInfo"ya istinadən məlumatına görə, şirkət “xüsusi xəbər bülleteni aləti” üzərində işləyir.
"WhatsApp"ın gündəlik 2 milyard aktiv istifadəçisi var. Bu halda, istifadəçi bazasının çox kiçik bir hissəsi xəbər bülleteni ilə maraqlansa belə, platforma bir ay ərzində ən böyük xəbər bülleteni təqdim edə bilər. Bununla da xəbər aləmində mühüm yer tutmaq imkanı əldə edə bilər.
Sözügedən yenilik haqqında çoxlu təfərrüatlar olmasa da, "WaBetaInfo" tapdığı bu ipuçları sayəsində alətin hazırda inkişaf mərhələsində olduğunu bildirib.
Sözügedən yeni vasitə ilə bağlı "WhatsApp"dan heç bir açıqlama verilməyib. /Press.az/