Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TƏCİLİ! Vardanyan getsə də, bunları edəcək - XƏBƏRDARLIQ

23-02-2023, 17:30   


"Ruben Vardanyanın getməsi Azərbaycanın Qarabağdakı ermənilərlə danışıqlara start verməsi demək olacaq". 

Bunu Musavat.com-a "Bakı Politoloqlar Klubu"nun sədri, politoloq Zaur Məmmədov deyib.

f833212f7ec0f2a6e25d8fe93f456ba2.jpg (43 KB)

"Münxendə aparılan danışıqlara əsasən mənim ehtimalıma görə, Ermənistan tərəfi razı olub ki, Azərbaycan Qarabağdakı ermənilərlə məhz onların təhlükəsizliyi və hüquqları çərçivəsində danışacaq. Yəni Qarabağ ermənilərinin hər hansı bir status almasından, müstəqil olmasından və yaxud Ermənistana birləşməsindən söhbət getməyəcək. Əslində, Münxendən əvvəl də Ermənistanla Azərbaycan arasında müzakirə predmeti idi ki, sülh müqaviləsi və normallaşma prosesi Azərbaycanın daxili işinə qarışmamaqla və Qarabağ məsələsinə ayrıca, məhz Azərbaycanla yerli əhali arasında baxılmalıdır. Münxendə ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə bu məsələdə ortaq məxrəcə gəlinib.

Brüsseldə tələsik şəkildə görüşün keçirilməsi çox vaxtında olan haldır. Yəqin ki, bu məsələdə koordinator rolunu Avropa İttifaqı tutacaq. Aİ yerli ermənilərin Azərbaycan qanunvericiliyinə, Azərbaycan dövlətinə inteqrasiyasının sürətləndirilməsi üçün ola bilsin ki, hansısa hallarda hətta moderator rolunda da çıxış edəcək. Vardanyana qədər bir neçə dəfə müəyyən cəhdlər və dialoq olmuşdu – Sərsəng su anbarı ilə bağlı və s. Ruben Vardanyanın gəlişi vəziyyəti gərginləşdirmişdi. Amma o da nəzərə alınmalıdır ki, Qarabağ separatçılarına təsir və təzyiq imkanları bir çox hallarda Nikol Paşinyandan daha çoxdur. Ona görə də müxtəlif təxribatların baş tutması mövzu predmeti ola bilər. Ruben Vardanyanın gedişi çox vacib idi. Lakin onun gedişi o demək deyil ki, hər şey çox asanlıqla baş tutacaq, müəyyən təxribatçı qüvvələr yenə də həm Xankəndidə, həm Ermənistanda, həm də regiondan kənarda öz fəaliyyətlərini davam etdirirlər", - politoloq vurğulayıb. 

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar