Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev ötən gün vəzifəsindən azad olunub.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrini müavin Qəzənfər Şıxəliyev müvəqqəti icra edir.
Qeyd edək ki, Yəhya Allahverdiyev "Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vəzifəsinə 2020-ci il martın 6-da təyin edilmişdi.