İnsanın ana dili və beyni arasında maraqlı əlaqə tapıldı - ARAŞDIRMA

26-03-2023, 17:40   


İnsanın ana dili və beyni arasında maraqlı əlaqə tapıldı - ARAŞDIRMA


İnsanın ana dili onun beyninin müxtəlif məlumat emal qovşaqları arasında necə əlaqə qurduğunu müəyyən edə bilər.  

Cebhe.info xəbər verir ki, bununla bağlı yeni araşdırma aparılıb.

Araşdırma ana dili alman və ərəb dilləri olan şəxslər üzərində aparılıb. 

“NeuroImage” jurnalında dərc olunan araşdırma Almaniyanın Maks Plank Koqnitiv Elmlər və İnsan Beyni İnstitutunun tədqiqatçıları tərəfindən analiz edilib.

Dil şəbəkəsi beynin ən güclü şəbəkələrindən birinə çevrilsə də, doğuş zamanı onun əlaqələri zəif olur. Tədqiqat rəhbəri Alfred Anvander “Live Science”-ə bildirib ki, danışmağı öyrəndikcə, beynin müxtəlif sahələri, məsələn, səslərdən sözləri tanımaq və cümlələrin mənasını şərh etmək kimi əlaqələr güclənir.

Tədqiqatçılar bu fərqlərin beyində əlaqələrin yaranmasına necə təsir etdiyini öyrənmək istəyiblər.

Araşdırmada 94 nəfər iştirak edib. Onların yarısı Almaniyada yenicə məskunlaşaraq yalnız alman, digər yarısı isə ərəbcə danışanlar olub. Fərqli dillərdə danışsalar və fərqli mədəniyyətlərdə böyüsələr də, iştirakçılar yaş və təhsil səviyyəsi kimi beyin fəaliyyətinə təsir edə biləcək digər amillərdə bir-birinə yaxın olublar.

Beyin skanları "diffuziya MRT" istifadə edərək aparılıb və almanca danışanların ərəbcə danışanlarla müqayisədə sol yarımkürənin dil emalında iştirak edən bölgələrində əlaqənin artdığı görünüb. Anvander qeyd edib ki, alman dili sintaktik cəhətdən mürəkkəb hesab olunur, yəni cümlənin mənası söz sırası ilə deyil, onların qrammatik formaları ilə müəyyən edilir:

“ Sintaktik emal sahələri daha çox frontal sol yarımkürədədir, buna görə də sol yarımkürədə daha yüksək əlaqənin mənası var”.

Bunun əksinə olaraq, ərəb dilini semantik cəhətdən mürəkkəbdir, cümlədəki söz sırası daha sabit qalsa da, söz mənalarını deşifrə etmək daha çətin ola bilər. Tədqiqatçılar ərəb dilində danışanlarda beynin sol və sağ yarımkürələr arasında əlaqənin artdığını qeyd ediblər.

London Universitet Kollecinin Psixologiya üzrə fəxri professoru Devid Qrin nəşrə müsahibəsində deyib ki, dilin linqvistik xüsusiyyətləri ilə yanaşı, söhbətin mədəni xüsusiyyətləri, məsələn, insanların jestlərdən istifadə etməsi də beyni formalaşdıra bilər.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.