Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zina edir, rüşvət alır... oruc tutur - İlahiyyatçıdan maraqlı açıqlama

6-04-2023, 18:36   




Artıq Ramazan ayı gəlib və bu müqəddəs ay gəlməsi ilə cəmiyyətdə müxtəlif müzakirələri də özü ilə gətirib.

Oruc dedikdə təkcə yeməmək və içməmək nəzərdə tutulmur. Orucun özünəməxsus şərtləri var.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan  Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, ilahiyyatçı alim Növrəstə İbrahimova qeyd edib ki, bu ayın xüsusi şərtləri var:

“Rüşvət almaq nəinki tək Ramazan ayında, ilin bütün aylarında dində qəbul edilməyən bir şeydir. Amma o da məbləğə baxır, məsələn, elə adamlar var ki, hansısa işin yerinə yetirilməsi üçün külli miqdarda məbləğ alır. Bu ümumiyyətlə, düzgün olmayan şeydir. O ki, qaldı Ramazanın qəbul edilmiş 3 əsas qadağasına, bunlar yemək, içmək və qadın-kişi əlaqəsidir, bunlar orucu batil edir. Yalan danışmaq da orucu batil edir. Yalanın isə 2 variantı var. Əgər yalan danışan adamın öz canı təhlükədədirsə, böyük kütlənin, günahsız insanların xilas olması üçün bu yalanı danışırsa, buna Allah izin verir. Hətta nəinki izin verir, Allah həmin şəxsə şərt qoyur ki, yalan danış və bu insanlar boş yerə məhv olmasınlar. Amma öz nəfsinə yenik düşərək, nəyisə əldə etmək üçün bir insan o yalanı danışırsa, bu onun bütün ibadət və itaətlərini batil edir”. 

İlahiyyatçı kiminsə oruc tutmasına qarşı çıxan, yaxud onun barəsində hökm verərək orucunun qəbul olunmadığını iddia edənlərə də cavab verib. O, bildirib ki, bu dini baxımdan qadağandır: 

“Kiminsə oruc tutmasına başqa heç kəs nə isə bir iddia ilə qarışa bilməz. Allahın əmrində belə bir şey var, bir nəfər zina dalınca gedir və orucluq ayıdır, soruşurlar ki, o oruc tuta bilərmi? Çünki bu işlər bir-birinə zidd olan işlərdir. Allah-Təala buyurur ki, hər nə iş dalınca gedirsən get, Ramazan ayının haqqına girə bilməzsən, sən səhərdən axşama qədər ac və susuz qalmalısan.

Kimsə deyə bilməz ki, filankəs filan-filan işləri görür deyə oruc tuta bilməz. Allahdan başqa heç kim buna qarışa bilməz. Bu məsələlərə kənardan bəndələrin müdaxilə etməyi qəti qadağandır. Buna heç kim hökm verə bilməz. Bu barədə ilahi hökmlər var. Yalnız süd verən, hamilə qadın və yüksək dərəcəli şəkər xəstəliyi olan adamlara oruc tutmaq olmaz. Onlar da oruc tutmadığı günlər üçün fidyə verirlər. Yəni bir kasıba, fəqirə hər günün təamını verirlər ki, Allah onların günahını bağışlasın”. 

Əsmətxanım Rzazadə 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar