Ukraynada daha bir "respublika" elan edildi

28-04-2014, 04:21   

Şərqi Ukraynada Kremlin dirijor çubuğu ilə hərəkət edən separatçılar daha bir qondarma qurum elan ediblər. musavat.com-un korrespondent.net-ə istinadən verdiyi xəbərə görə, Luqanskda federallaşma tərəfdarları “Luqansk Xalq Respublikası” yarandığını bəyan ediblər.

Onlar mərkəzi hökumətə ultimatum da veriblər: Şərqi Ukraynada bütün separatçılara amnistiya vermək, rus dilini dövlət dili kimi təsbit eləmək, regionun öz müqəddəratını təyin eləməsi üçün referendum keçirmək. Hansı tələblər ki, rəsmi Moskvanın şərtləri ilə tam üst-üstə düşür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.