Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mədəniyyət Nazirliyi müğənnilərə qadağa qoyur?

13-04-2023, 13:09   


Mədəniyyət Nazirliyi müğənnilərə qadağa qoyur? - ÖZƏL


Bir neçə gün öncə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycanda mahnıların monitorinqini aparıb.

Mərkəz zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını tərtib edib.

Sözügedən siyahıya "YouTube" platformasında xeyli baxış sayı olan mahnılar da daxildir.

Qurum həmin mahnıların yayılmasının qarşısının alınmasını, buna görə cərimələrin tətbiq edilməsini təklif edib.

Bu mahnıların yayılmasının qarşısının alınması üçün Mədəniyyət Nazirliyi hansı addımları ata bilər?

Bununla bağlı Mədəniyyət Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, rəqəmsal platformaların əlçatanlığı baxımından bu mahnıların yayımının qadağalarla qarşısını almağa çalışmaq mümkünsüzdür:

"Mədəniyyət Nazirliyi tərəfindən peşəkar musiqinin təbliği, cəmiyyətin bədii estetik zövqünün düzgün formalaşdırılması baxımından hər il onlarla layihələr, festivallar, konsertlər həyata keçirilir. Müasir dövrdə sosial şəbəkələrin, rəqəmsal platformaların əlçatan olması, cəmiyyət arasında məşhurlaşması ən müxtəlif musiqinin yayınlanması üçün imkan  yaratımıdır. Həmçinin, qeyri-peşəkar, həvəskar müəllif və ifaçıların məhsulları üçün. Bu sərbəst axının qarşısını qadağalarla tənzimləmək qeyri-mümkündür və hətta mənasızdır".

Nazirliyin məlumatında qeyd olunub ki, Azərbaycan dilinin səlisliyinin qorunması hamımızın borcudur:

"Öz səylərimizi mahnılarda səslənən dilimizin səlisliyinin saxlanmasında, televiziya və radio kanallarında yüksək standartların tətbiq edilməsində, başqa sözlə, müsbət nümunə yartmaqda görürük. Başqa tərəfdən, bəstəkarların, şairlərin, ifaçıların, dinləyicilərin məlumatlandırması, maarifləndirməsi, dilin saflığı məsələsinin daha tez-tez gündəmə gətirilməsi də hamılıqla borcumuzdur. Burada təşkilatlar, kütləvi informasiya vasitələri, yaradıcı ittifaqlar və ictimai fəallar birgə fəaliyyət göstərməlidir".

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar