Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda ən məşhur ixtiralar: Siyahıda elə şeylər var ki...

13-04-2023, 13:11   


Azərbaycanda ən məşhur ixtiralar: Siyahıda elə şeylər var ki... -ÖZƏL


2022-ci il ərzində müvafiq Dövlət reyestrində ixtiralara dair 108 ədəd patent qeydiyyata alınıb, onlardan 84 ədədi milli, 24 ədədi isə xarici hüquqi şəxslərə məxsusdur. 

Bu barədə Əqli Mülkiyyət Agentliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, faydalı modellərə dair 2022-ci il ərzində 31 ədəd patent qeydiyyata alınıb, onlardan 21 ədədi milli, 10 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub: 

"Sənaye nümunələrinə dair 22 patent və 2927 ədəd əmtəə nişanı qeydiyyata alınıb. Coğrafi göstəricilərin Dövlət reyestrində milli hüquqi şəxslərə məxsus 2 ədəd coğrafi göstərici qeydiyyata alınıb". 

Agentliyin məlumatında son illər qeydiyyata alınan patentlər arasında ən diqqət çəkən ixtiraların tibb sahəsinə aid olduğu qeyd edilib:

"Çevirici stabilizator”, “Təsbitedici vint elementlərinin fəqərələrdə quraşdırılması üçün cərrahlıq dəsti”, “Burun boşluğunda əməliyyatlar zamanı tikişlərin qoyulması üçün alət” və “Ortopedik stomotologiyada çıxan protezlərdə elastik diş qarniturları”dır. “Çevirici stabilizator” - 25 ilə 400 volt arasında dəyişən qeyri-sabit şəbəkə gərginliyindən (45 ilə 680 volt arasında - xətt gərginliyi) 230 (380) volt 50 herts sabit bir gərginliyi təmin etmək və şəbəkədəki reaktiv komponentlərin tamamilə aradan qaldırılması üçün nəzərdə tutulub. “Təsbitedici vint elementlərinin fəqərələrdə quraşdırılması üçün cərrahlıq dəsti” - vint əməliyyat zamanı beyin zədələnməsinin qarşısını alır. Cərrahlıq dəsti istehsal olunub və praktikada istifadə edilib. 

“Burun boşluğunda əməliyyatlar zamanı tikişlərin qoyulması üçün alət” – burun boşluğunda əməliyyatlar zamanı tikişlərin qoyulması üçün istifadə olunur. “Ortopedik stomotologiyada çıxan protezlərdə elastik diş qarniturları” - ortopedik stamotologiya sahəsində tətbiq olunur. Əsasən çıxan protezlərdə istifadə olunur. Protez üzərində dişlər fərdi olaraq sərbəst amortizasiya funksiyasını yerinə yetirir və bu, məhsulun əsas üstünlüyü hesab olunur". 

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar