Ermənistan hazırda siyasi şok yaşayır

20-09-2014, 13:05   
Ermənistan hazırda siyasi şok yaşayır“Ermənistanın Gömrük İttifaqına qoşulma cəhdləri iqtisadi baxımdan daha çox siyasi əhəmiyyət kəsb edib”.
Bunu Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc Gömrük ittifaqına heç bir vəchlə hələ də qoşula bilməyən Ermənistanın yersiz səylərinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, guya bu addım Rusiyanın qurduğu iqtisadi ittifaqda yer almaq və müəyyən məhsulların öz ölkəsində reallaşdırılması naminə atılır:
“Bildiyiniz kimi, Avrasiya İqtisadi Birliyi bu ittifaqın üst qurum hissəsi hesab edilir. Sərkisyanın da burda əsas məqsədi sözügedən qurumu bu və ya digər formada Qarabağda təmsil etdirməkdən yana idi. Diplomatik uğur ondan ibarət olmalıydı ki, Ermənistan sərhədi Qarabağın Avrasiya İqtisadi Birliyindən keçərək müstəqilləşməsi üçün mühüm bir şans əldə edəcəkdi. İkili məqsəd üçün nəzərdə tutulan bu cəhd alınmadı. Prezident İlham Əliyev bu prosesi qabaqladı. Yəni Sərkisyanın iştirak etdiyi tədbirdə Nazarbayevin dilindən cənab Prezident İlham Əliyevin ünvanladığı məktubun ayrı-ayrı tezislərinin oxunması Ermənistanda siyasi şok yaratdı. Həqiqətən də Rusiyanın çiynində yük kimi daşınan, əsas iqtisadi sahələrini şimal qonşumuza təslim etdirmiş bir ölkə orada yer almaqla sistemin ümumi yük daşımalarına, iqtisadi məhsullara və birliyin formalaşmasına heç cür təsir edə bilməz”.
Millət vəkilinin sözlərinə görə, diplomatik uğursuzluğa düçar olan bir ölkənin belə bir ittifaqda yer alması mümkünsüzdür:
“Uğursuz bir ölkənin uğursuz diplomatik siyasəti siyasi şoka aparacaq vəziyyətin son həmləsidir. İrəvan bilməliydi ki, iqtisadi birlik hər hansı məsələlərə görə nəsə qazanmır. Ölkə büdcəsini və real vəziyyəti nəzərə almayan Sərkisyanın bu addımı ona hələ çox şoklar yaşadacaq. O ki qaldı İttifaqın bundan sonrakı fəaliyyətinə, Rusiya hesab edirdi ki, çox ölkələr bu qurumun cazibədarlığını qəbul edərək onu iqtisadi səfir kimi tanıyacaq, eyni zamanda, Avropa Birliyi alternativ qurumu bir platforma kimi nəzərdən keçirəcək. Ancaq məlum məsələdə hələ ki, heç bir nəticə gözlənilmir. Çünki Qazaxıstanın İttifaqla bağlı məlum mövqeyi və Rusiya-Ukrayna cəbhəsində gedən konfrontasiya sözügedən məsələdə Rusiyaya geosiyasi planlarını və iqtisadi ideyalarını reallaşdırmağa imkan verməyəcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.