Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tərtərdə mina partlayışı: ölənlər var

28-04-2023, 22:30   




20:56

Tərtər rayonunda mina partlayıb, ölənlər var.

Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, hadisə Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Nadir Pənah oğlu Yusifov, Səxavət İsmayıl oğlu Gözəlov və Fərid Mehman oğlu Sədiyev həlak olub.

***

Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aprelin 26-sı Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar