İran casuslarını xərcləyir: bu, görk olmalıdır

29-04-2023, 11:17   




“Hüseyniyyun” qrupunun üzvlərinin tutulması ilə bağlı xəbərlər bilərəkdən sızdırılmış, yaxud dezinformasiya ola bilər. İran Azərbaycan əleyhinə istifadə etmək üçün öz əlində daima kimisə saxlayır. Maraqlarına görə kimlərisə istifadə edir. Müxtəlif variantlar ola bilər.

Bu sözləri Axar.az-a Ağ Partiyanın sədri Tural Abbaslı “Hüseyniyyun” qrupunun üzvlərinin İranın Qum şəhərində tutulması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu formada xəbərlərin yayılması, əslində, İranın Azərbaycandakı şəbəkəsinə bir zərbədir:

“Hətta dezinformasiya olsa belə, bu xəbərin yayılması müsbət qarşılanmalıdır. Demək ki, İran öz kadrlarını, nökərlərini xərcləyir. Ən azı İran belə fəaliyyətlərin qarşısını ala biləcəyinin mesajını verir. Saxlanılmasalar da, onlara fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı göstərişlər verilib. Əgər doğurdan da həbs olunublarsa, bu, önəmli məsələdir. İnanmaq istəyirəm ki, tutulmaları doğru xəbərdir. Digərlərinə də mesaj olacaq. Buradakı vətən xainləri də dərs almalıdılar ki, İran ən ağır dönəmlərində bunları qoyub qaça bilər”.

O, xəbərin gerçək əsası olduğu halda İran rejiminin bu addımı Azərbaycanın diktəsi ilə atması ehtimalını da istisna etməyib.

“İran və Azərbaycan arasındakı münasibətlər Tehranın təşəbbüsü ilə yumşalmağa doğru gedir. Görünür, Azərbaycanın ilk tələblərindən biri “Hüseyniyyun” qrupunun üzvülərinin neytrallaşdırılması ilə bağlı olub. Vətən xainləri Bakının tələbi ilə həbs olunublar. O ki qaldı onların tutulandan sonra Bakıya təhvil veriləcəklərinə, bunu demək çətindir. Ola bilsin, İran bu addımı atmadı”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar