Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Naxçıvana təyyarə biletlərini əl altından kim satır? – Sakinlərdən etiraz

29-04-2023, 18:45   


Hazırda ölkəmizdə ən çox müzakirə edilən məsələlərdən biri Naxçıvana aviabiletlərin qiymətinin artırılması və biletlərin tapılmamasıdır. 

Məsələ ilə bağlı yenisabah.az-a danışan Naxçıvandan olan müstəqil jurnalist Çingiz Özgür  bildirib ki, biletlərin kassada və onlayn satış zamanı tapılmaması əhalinin ciddi probleminə çevrilib:

“Naxçıvana biletlərlə bağlı narazılıqlar var. Həm gediş, həm də dönüşlə bağlı problemlər var. Əvvəllər biletlər onlayn və kassada satışa çıxarılırdı, indi AZAL-ın saytında da satış edilir. Amma bu biletlər çox tez bitir. Bu necə olur bilinmir. Hətta bayramqabağı reyslərin artırılmasına baxmayaraq, 10-15 gün öncədən artıq biletlər yox idi. Sakinlər şikayət edir ki, bir az artıq pul verməklə bilet əldə etmək olur. Burada sual ortaya çıxır, əgər bilet varsa, niyə biz onu onlayn şəkildə ala bilmirik? Niyə kassada bilet yoxdur? Bunda məqsəd nədir?

Daha bir maraqlı məqam isə odur ki, biletin olmamasına rəğmən təyyarədə boş yerlər var. Deməli, bu biletlər bilərəkdən onlayn satışa buraxılmır. Burada iki məsələ ortaya çıxır, birincisi sonradan biletlər baha satılması üçün onlayn şəkildə və kassadan almaq mümkün olmur”.

Onun sözlərinə görə, biletlərin tapılmama səbəbindən biri də sərnişin daşıyan təyyarələrdə yük daşınmasıdır:

“İkinci məsələ isə təyyarədə karqo daşınmasıdır. İranla yaşanan son dönəm hadisələrdən sonra Naxçıvandan Bakıya yük daşıyan “Kamaz”lar yolda çox yubanırlar. Bəzən onları 1 həftə, 10 günə qədər İran gömrüyündə saxlayırlar. Biz düşünürük ki, tez xarab olan məhsullar yolda bu qədər qalmasın deyə təyyarə ilə Bakıya daşınır. Fikrimizcə, sərnişin daşıyan təyyarədə yükün daşınması üçün yerlər boş saxlanır. Çünki yükdə qazanc daha çox olur. Nəzərə alsaq ki, 1 kiloqramlıq adi bağlama 5 manata daşınırsa, deməli 70-80 kiloluq – 400-500 manatlıq yük təyyarədə daşına bilər. İnsanların dedikləri budur, analiz edəndə də bu fikir ortaya çıxır. 

İnsanlar bu məsələdə çox ciddi əziyyət çəkirlər. İllərdir ki, Naxçıvanın təyyarə ilə bağlı bilet problemi həll olunmur. Bəzən bir müddət düzəlsə də, sonradan yenidən hər şey təkrarlanır. Naxçıvanda nə qədər dəyişiklik olsa da, bilet məsələsindəki problem dəyişilməz olaraq qalıb. Naxçıvana yeni təyin olunan rəhbərlik ümid edirik ki, bu məsələ ilə bağlı tədbir görər. Əgər problemlər mərhələli şəkildə həll olunacaqsa, irəli salınmalı olan məsələ biletlərdir. Qarşıdan yay gəlir, bu problem daha da ciddiləşəcək, çünki quru sərhədlər bağlıdır, insanlar İran yolu ilə gedə bilmir. Yay ayında “bilet oyunları”nın daha çox şahidi olacağıq, ona görə bu məsələyə tezliklə baxılsa, daha yaxşı olar”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar