Azərbaycanın Ermənistandan tələb etdyi kəndlər məsələsi delimitasiya çərçivəsində həll olunmalıdır.
Axar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan İctimai Radiosuna müsahibəsində bildirib.
“Əvvəla, hesab edirəm ki, konkret dediyiniz kəndlərlə bağlı Ermənistanda da onların statusu ilə bağlı müxtəlif fikirlər var. Delimitasiya prosesi zamanı bu məsələlər istər-istəməz öz həllini tapmalıdır”, - Aİ rəsmisi deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı dəmiryol xətti Ermənistan üzərindən Qarsadək həyata keçirilə bilər.