Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əri tərəfindən bağ evində öldürülən tanınmış cərrah imiş - FOTO

7-05-2023, 13:06   


Abşeron rayonunda qətlə yetirilən Türkan Gündüzlə bağlı yeni məlumatlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüzün qətlə yetirdiyi həyat yoldaşı Türkan Gündüz tanınmış plastik-cərrah olub.

Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib.

Onun son iş yeri “City Hospital” klinikası olub.

***

Mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Musavat.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar