“Nemezis” abidəsi sökülməsə, Türkiyə əlavə tədbirlər görəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Türkiyə təkcə hava məkanının bağlanması ilə kifayətlənməyəcək, əlavə tədbirlər görməyə davam edəcək”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, İrəvanda türk diplomatları qətlə yetirən “Nemezis” terror hərəkatına heykəl qoyulduğu üçün Türkiyə Ermənistan təyyarələrinə hava məkanını bağlayıb.