Koronavirusla bağlı testlər təhlükəli çıxdı - XƏBƏRDARLIQ

10-05-2023, 09:54   


Koronavirusla bağlı testlər təhlükəli çıxdı - XƏBƏRDARLIQ


ABŞ Qida və Dərmanlaa Nəzarət İdarəsi (FDA) istehlakçıları və tibb işçilərinə çağırış edib.

Buna səbəb infeksiyalara səbəb ola biləcək bakterial çirklənmə ilə bağlı ciddi narahatlıq səbəbindən geri çağırılmış COVID-19 ev testləri olub. 

Cebhe.info “USA Today”-ya istinadən yazır ki, bunlar “Roche Diagnostics” tərəfindən paylanan “SD Biosensor”  ev testlərinin bəzi partiyalarıdır. Bu testlər Enterococcus, Enterobacter, Klebsiella və Serratia kimi orqanizmlərlə çirklənib. Təhlükəli test borularının içərisindəki çirklənmiş maye ilə birbaşa təmas yalnız yanlış nəticələrə deyil, həm də infeksiyaya səbəb ola bilər. Xüsusən də insanın zəifləmiş immunitet sistemi varsa, təhlükə daha da artır. Hələlik neçə potensial təhlükəli test dəstinin satıldığı barədə dəqiq məlumat yoxdur. Təxminən 500000 test “CVS Health”-ə və daha 16000-i “Amazon”-a bağışlanıb. Eyni zamanda, potensial təhlükəli partiyaların heç biri federal sınaq proqramları çərçivəsində paylanmayıb.

Mütəxəssislər 44 potensial təhlükəli partiyadan testləri atmağı məsləhət görüblər. bBu barədə məlumat və siyahı FDA-nın saytında yerləşdirilib. 

FDA deyir ki, bu testlərin evdə istifadəsi nəticəsində yaranan problemlərlə bağlı heç bir müraciət almayıb. Potensial təhlükəli  test dəstlərindən istifadə etmiş və infeksiya əlamətləri (qızdırma, axıntı və ya gözlərin qızartı) olan insanlar təcili xəstəxanaya müraciət etməlidir.

Xəzər
Cebhe.info 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.